Saxta sənədlərlə əməliyyat aparan dəstə saxlanıldı Saxta sənədlərlə əməliyyat aparan dəstə saxlanıldı

Saxta sənədlərlə əməliyyat aparan dəstə saxlanıldı
Загрузка...
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan dəstə üzvlərini ifşa edib. Criminal.az DİN-ə istinadən xəbər verir ki, Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub.
Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxın firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb. Tədbirin davamı olaraq Eldar Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir. 


Xəbər lenti