Saxta həkim yenə həbsxanadan qaçdı Saxta həkim yenə həbsxanadan qaçdı

Saxta həkim yenə həbsxanadan qaçdı
Загрузка...

Özünü plastik cərrah kimi tanıdıb 4 nəfərə dodaq dolğusu və botoks edən Soner Gülnaz 2,5 ay əvvəl yenidən həbsdən qaçıb.

"Qafqazinfo” "Posta”ya istinadən xəbər verir ki, 6 il azadlıqdan məhrum edilən saxta həkim bu dəfə Patnos Açıqtipli Cəzaçəkmə Müəssisəsindən qaçıb. Müəssisədən verilən məlumata görə, Gülnaz həbsxanadan ötən il noyabrın 28-də fərarilik edib. Saxta həkimin qurbanı olmuş tibb bacısı Merve Keleşin də qatılmadığı məhkəmə prosesi Sonerin yenidən tutulması barədə qərar çıxarılaraq təxirə düşüb. 

 

Qeyd edək ki, Soner Gülnaz "dələduzluq” və "qəsdən sağlamlığa ziyan vurma” maddələri ilə ittiham olunur. O, Merve Keleşə dodaq silikonu edərkən onun xarici görünüşünə ciddi xəsarət yetirib. Keleşin şikayətindən sonra həbs edilən kosmetoloq bundan əvvəl də həbsdən qaçmış, ancaq tutularaq yenidən hakim qarşısına çıxarılmışdı. Soner ifadəsində Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü demişdi.


Загрузка...
Загрузка...

Xəbər lenti