Samirə Ağayeva: Səhhəti pisləşən Nardaran məhbusunu müalicə müəssisəsinə köçürmürlər

04 Noyabr 2019, 17:03
04 Noyabr
2019
17:03
104
Загрузка...
"Göstəriş olmasına baxmayaraq, köçürülmə gecikdirilir”
Nardaran hadisələri zamanı (2015-ci il 26 noyabr) həbs olunaraq 12,6 il azadlıqdan məhrum edilən 68 yaşlı Eldar Bünyadovun səhhətində problemlər yaransa da, müalicəyə göndərilmir.
Bu barədə hüquqşünas Samirə Ağayeva məlumat yayıb.
Hüquqşünas bildirib ki, Eldar Bünyadov Nardaran hadisələrindən 5 gün sonra evində həbs olunub və həmin vaxt fiziki zorakılığa məruz qalıb:
"Bu gün də qabırğalarına vurulan zərbənin təsirindən ağrılar yaşadığını bildirir. Məhkəmə bir çox maddələrlə Eldar Bunyadovu günahkar bilib, 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarı versə də, Bunyadov bu işin qurama olduğunu söyləyib. O, sifarişlə həbs olunduğunu elə məhkəmə salonundan söyləmişdi”.
Eldar Bünyadovun hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığını deyən hüquqşünas bildirib ki, məhbus uzun zamandır hipertoniya və diabet xəstəliyindən əziyyət çəkir. Böyrəklərindəki kəskin ağrılar, kistalar səbəbindən ayaqlarında şişkinlik hər ötən gün artmaqdadır. Şəkərin təsirindən bir gözü görmək imkanını itirmək ərəfəsində olduğu halda digər gözü də zəifləməyə başlayıb və o eynəkdən tam asılı vəziyyətə düşüb:

Samira Ağayeva
"Müəssisədə Eldar Bunyadovu müayinə ediblər. Gəldikləri qənaət belə olub ki, o tezliklə xəstəxanaya köçürülməlidir. Ötən həftədən köçürülmə haqqında mərkəzin göstərişi olsa da, bu günə qədər hələ də heç bir səbəb göstərilmədən Eldar Bunyadovun köçürülməsi yubadılır. 7 saylı müəssisənin baş həkimi Eldar Bunyadova deyib ki, hələ onun göndərilməsi haqqında hər hansı bir əmr yoxdur”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Mehman Sadıqov Meydan TV-yə deyib ki, məhkumların müayinə və müalicəsini Baş İdarə həyata keçirir. Əgər məhkumun Müalicə Müəssisəsinə keçirilməsi haqda həkim rəyi varsa, köçürülməlidir. Sadəcə, rəydə müddətlər göstərilir və həmin müddətdə məhbus xəstəxanaya göndərilir.
26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində polislə baş verən qarşıdurma nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədən sonra 14 nəfər həbs olunub.
Загрузка...
Xəbər lenti
-
19:09Yanğına görə yollar bağlandı
-
17:52Bakıda məşhur bazar yanır
-
17:31"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
17:24"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
17:20Elvin İsayev Azərbaycana deportasiya edildi
-
12:06Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır
-
11:49Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı
-
11:45Atambayev qətldə ittiham edilir
-
11:44“AST Telman”ın qohumu 230 min dollarlıq “Ferrari” məsələsinə görə həbs olunub
-
11:41Zamirə Hacıyeva Britaniyanın qanunlarını dəyişdirmək istəyir - ONU TARİXƏ SALAN QƏRARIN LƏĞVİNƏ ÇALIŞIR
-
11:35Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
11:25Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
23:28"Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov məhkəmədə
-
23:08Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
-
13:35Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
13:18Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
13:07“İslam Partiyasının liderinin hüquqları pozulub”
-
13:06Gülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb
-
13:05Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...
-
13:00"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
-
11:20Bakının mərkəzində əlibıçaqlı şəxslər xuliqanlıq etdi
-
11:15Millimizin sabiq futbolçusu həbs edildi
-
11:13Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
11:11Bakıda evdə ər-arvadın meyiti tapıldı
-
13:46"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
-
13:30Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
-
13:15Polis 39 yaşlı kişini bıçaqladı
-
19:12Çingiz Qənizadə və onun şərikinin adı hallanan sifarişli ölüm işi məhkəmədə
-
19:07“Rüstəm Usubov vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən şəxsdir”
-
19:01Kəmaləddin Heydərov generalı vəzifəsindən çıxardı
-
13:14Ramiz Zeynalov yanğın yerində
-
12:58Polis zabiti jurnalisti məhkəməyə verdi - Rəisi Əli Həsənovun qaynıdır
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
10 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət
"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
Video, Cəmiyyət
"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
Cəmiyyət
Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
Foto, Cəmiyyət
Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
Cəmiyyət
Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
Cəmiyyət
Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
Cəmiyyət
Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
Cəmiyyət
Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
Cəmiyyət
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb