Şamaxıda fəhlə faciəvi şəkildə həlak oldu

Şamaxıda fəhlə faciəvi şəkildə həlak oldu
Загрузка...
Şamaxıda 59 yaşlı fəhlə yüksəklikdən yıxılaraq dünyasını dəyişib. Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə göeə, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Qarayev Tarix Mustafa oğlu usta işlədiyi evin 2-ci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı Qarayevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Загрузка...
Загрузка...

Xəbər lenti