Salyanda “Priora” aşdı — Sürücü həyatını itirdi Salyanda “Priora” aşdı — Sürücü həyatını itirdi

Salyanda “Priora” aşdı — Sürücü həyatını itirdi
Загрузка...

Bu gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Salyan rayonunun Ərəbqardaşbəyli kəndindən keçən 9-cu km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 90 RD 327 dövlət nömrə nişanlı "LADA Priora” markalı avtomaşının sürücüsü - Salyan şəhəri, A.Ağazadə küçəsi, ev 69-da yaşayan 46 yaşlı Elsevər Nəcəfalı oğlu Nəcəfov avtomaşını yüksək sürətlə idarə edərkən, sərt döngədə idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində avtomaşın çevrilərkən sürücü zərbənin təsirindən avtomaşından 50 metr aralıya düşərək, aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.






Загрузка...
Загрузка...

Xəbər lenti