Polis gücləndirilmiş iş rejiminə keçdi

Polis gücləndirilmiş iş rejiminə keçdi
Загрузка...

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.

Criminal.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti