Sahil Babayevin "buynuzlu" korrupsiyası

04 Fevral 2019, 12:40
04 Fevral
2019
12:40
3012
"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vətəndaşa zokqur verib"
Azərbaycan dövləti adından kasıb vətəndaşa ayağa qalxmaq üçün verilən danalar özləri ayağa qalxmağa çətinlik çəkirlər.
Özünüməşğulluq korrupsiyası ilə üzləşən daha bir vətəndaş, Gədəbəy rayonu Arıqıran kənd sakini təsərüfatla məşğul olmaq üçün dövlət qurumlarına müraciət edərək bu sahə üzrə mövcud proqramından faydalanmaq istəyib. Onu məşğulluq idarəsinə çağırıb iki xəstə dana veriblər. Həmin şəxs deyir ki, ona inək lazımdır, südündən istifadə edib ailəsini dolandırsın. Amma ona danaları zorla veriblər, qarşısına da sənəd qoyublar ki, qol çək. Danalar da ağır xəstədir, güc-bəla ilə yeriyirlər.

Başqa bir şikayətçi Elçin Məsimov Cahangir oğlu da videomüraciət paylaşıb. Müraciətində deyir ki, ona hökümət "zokqur" verib.
"İnəklərin dişi yoxdur, ayağa qalxa bilmir. Mərifətiniz olsun, yeyirsiniz yeyin, heç olmasa belə etməyin. Gəlib sizə ağız açdıq, siz də belə ediniz. Mən indi bu inəklərlə nə edim? Allah görmür bunu?"-vətəndaş müraciətində deyir.
Xaırladaq ki, bir müddət əvvəl Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirov Criminal.az saytına müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinin rəhbər şəxsini rüşvət isətəməkdə ittiham etmişdi.
Məsələyə millət vəkillərini də münasibət bildirmişdi. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev demişdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməli, nöqsanları aradan qaldırılmalıdır: "Özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük .Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”.
Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd etmişdi: "Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, "heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki... Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz... İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?”.
Buna da bax: "Erkək üçün 250 manat istəyir" - Deputatlar Sahil Babayevdən ölüvay heyvanların hesabatını tələb etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində vətəndaşlara xəstə heyvanların verilməsini təsdiqləyib. Nazir bildirib ki,
ötən il noyabr, dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylanıb. Onun sözlərinə görə, bu böyük rəqəmdir. Şikayət əsasında 119 heyvan yenisi ilə dəyişdirilib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Korrupsiya
“Başa düşmürük, on ildən çoxdur işləyən müasir ticarət mərkəzi niyə qəfildən qanunsuz oldu?!..” - KƏRİM BABAYEVİN BAZARINDAN PUTİNƏ SUAL
-
Manşet, Foto, Video, Korrupsiya
Bakıda bələdiyyə sədri tutuldu
-
Manşet, Foto, Video, Korrupsiya
Məşhur apteklər şəbəkəsinin xanım direktoru "maska" əməliyatının qurbanı oldu
-
Manşet, Foto, Video, Korrupsiya
Elmira Axundova 1 milyon verib səfir getməsi iddiasından danışdı
-
Manşet, Foto, Video, Korrupsiya
Şəhərsalma Komitəsi dəmiryolu xətti üzərindəki tikintini qanunsuz elan etdi - SÖKÜLƏCƏK!
-
Sənəd, Manşet, Foto, Video, Korrupsiya
"Rəqib olduğum üçün həbsimi sifariş veriblər..." - Sona Vəliyevanın şirkəti ilə bağlı həbsxanadan sensasion məktub
-
Manşet, Foto, Video, Korrupsiya
Sahil Babayevin "buynuzlu" korrupsiyası
-
Manşet, Foto, Video, Korrupsiya
“Kral” şadlıq sarayında talan olub - MƏRHUM NAZİRİN OĞLUNA MƏXSUSDUR
-
Manşet, Foto, Video, Korrupsiya
İşdən çıxarılan nazirin Londondakı bahalı avtomobili və mülkləri