Sahibkar: Bakı Baş Gömrük İdarəsi bizi incitməklə Prezidentə qarşı çıxır

11 Noyabr 2021, 11:43
11 Noyabr
2021
11:43
1669
"Rəis Kənan Məmmədov yalnız öz himayəsindəki karqo şirkətlərinin işləməsində maraqlıdır”
"Lion Centre” MMC-nin direktoru, sahibkar Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin işindən narazıdır. Deyir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, onun birinci müavini Faiq Seyidov və maliyyə inspektoru Etibar Talıblı tərəfindən sahibkarlara sözün əsl mənasında zülm edilir:
"Onlar ölkəyə idxal edilən mallara dair hesablamalarda süni qiymət şişirtmələrinə, hesablama meyarlarına əməl etməyərək, ciddi qanunsuzluqlara yol verirlər. Özlərindən uydurma gömrük rəsmiləşdirməsi metodları tətbiq edir, sahibkarlara süni maneələr yaradırlar. Beləcə, sahibkarlar vaxt itkisinə, təzyiqə və əsəb sarsıntılarına məruz qalırlar. İdarənin rəisi mənim kimi sahibkarları incitməklə həm Prezidentə qarşı çıxır, həm də ölkədəki sahibkarlığın evini yıxır”.
Ramil Aslanov deyir ki, ötən ay xaricdən Azərbaycana idxal etdiyi mallar Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinin yaratdığı süni maneələr üzündən hələ də rəsmiləşdirilməyib, anbarda qalıb.
İxtisasca hüquqşünas olan, əvvəllər vergi, prokurorluq orqanlarında çalışmış Ramil Aslanov illərdir ki, sahibkarlıq fəaliyyətilə məşğuldur. Əsasən Türkiyədən, Çindən Azərbaycana qab-qacaq və digər məişət malları idxal edir. O, bir müddət əvvəl Prezidentə gömrükçülərin sahibkarların fəaliyyətinə yaratdıqları süni əngəllərdən, gömrük orqanlarındakı özbaşınalıqlardan yazıb.
Deməsinə görə, bu müraciətindən sonra gömrük orqanları tərəfindən problemlərlə üzləşib.
Sahibkar danışır ki, bu il oktyabrın 12-dən onun şirkətinə məxsus mallar rəsmiləşdirilmir, anbarda qalıb.
Onun sözlərinə görə, 01211000341373 saylı gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmənin ləngiməsinə "gömrük dəyərinin müəyyən edilməsi üsulunun düzgün göstərilməməsi” səbəb gətirilir.
Sahibkarsa bunu qanunsuz hesab edir:
"Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədən qəbul edilmiş ümumi prinsiplərə əsasən tətbiq olunur. Malların gömrük dəyərləndirilməsi qaydası Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. Ancaq Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və onun tabeliyində olan maliyyə inspektoru Etibar Talıblı, sanki qanunun 12.1 maddəsini və 7-ci hesablama üsulunu kəşf ediblər, malların hesablanmasını konteyner üsulu ilə dəyərləndirirlər”.

"Etibar Talıblı mənimlə telefon danışığı zamanı bildirir ki, dəyərləndirmə qaydası bir 40 futluq konteynerə və çəkisi 10 tona qədər olan elektrik işıqlandırıcıya görə 26000 manat, 8 tona qədər isə 24000 manat hesablanıb. Hər növbəti tonnaja görə isə 500 manat əlavə olunmasını tələb edilir.
Etibar Talıblı, bu hesablama qaydasının Gömrük Komitəsi və Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin təlimatı olduğunu bildirir. Məndənsə tələb olunur ki, bu təlimata uyğun hərəkət edim. Mən təcrübəli bir iş adamı kimi Gömrük Məcəlləsini dəfələrlə oxumağıma baxmayaraq, belə gömrük dəyərinin hesablama qaydasına rast gəlməmişəm”, – şikayətçi deyir.
Sahibkarın sözlərinə görə, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov onun məktublarını cavabsız qoyur. Səbəb də odur ki, rəis yalnız öz himayəsindəki karqo şirkətlərinin işləməsində maraqlıdır:
"Mənim bir adda, bir konteyner olan, çəkisi 8 ton 276 kiloluq malım 1 aya yaxındır ki, gömrüyün həyətindədir və rəsmiləşdirilmir. Lakin Kənan Məmmədovun himayə etdiyi şirkətlər hər gün 25-30 konteyneri keçirir. Hər birinin də içərisində 80 adda mal var. Hər bir konteyneri 24-26 ton təşkil edən bu malların Bakı Baş Gömrük İdarəsinin maliyyə şöbəsində rəsmiləşdirilərək buraxılması 10 dəqiqə vaxt aparır. Düşünürəm ki, onlar da Kənan Məmmədovun və onun yaratdığı dəstənin himayəsində olmasaydılar, malları 3 aydan tez oradan çıxmazdı”.
"Kənan Məmmədovun himayəsində olan şirkətlər "Bir pəncərə” sistemindən çox gözəl faydalanırlar, amma mənim kimi sadə sahibkarlar süni yaradılmış "21 pəncərə sistemi”ndən keçmək istəsək də, yenə də keçə bilmirik”, – Ramil Asanov gileylənir – "Mənim kimi sadə iş adamları hər gün malları gələrkən cüzi, mexaniki səhvlərə görə aylarla təhqiqat və istintaq şöbələrində süründürməçiliyə məruz qalırlar. Bu da biz iş adamlarına maddi, mənəvi və psixoloji təzyiqlərin edilməsi deməkdir. Kənan Məmmədov iş adamlarının incidilməsi üçün yeni mexanizmlər yaradıb. Bu da onun özünə ortaq etdiyi şirkətlərə daha da böyük və geniş imkanlar yaradır”.

Foto: Meydan
TV
Noyabrın 2-də sahibkar Dövlət Gömrük Komitəsinə dəvət olunub. Deyir ki, problemləri dinlənilib, yazılı izahatı alınıb, nəticə barədə məlumat veriləcəyi bildirilib. Ancaq mallar hələ də anbardadır və buna görə sahibkar günbəgün zərər çəkir:
"Mən orda da bütün iradlarımı qanuni əsaslarla sübut etdim. Diqqətlə qulaq asdılar, iradlarımın araşdırılacağına söz verdilər. Bakı Baş Gömrük İdarəsi tərəfindən mənə qarşı haqsızlıq edildiyini də büruzə verdilər. Ancaq bugünədək mənə rəsmi cavab verilməyib, mallarımsa hələ də anbardadır”.
Dövlət Gömrük Komitəsi isə sahibkarla razılaşmır. Qurum açıqlama yayıb ki, bu ilin avqust ayında "Lion Centre” MMC-nin ünvanına Çin Xalq Respublikasından daxil olan çilçıraq yükünə dair 2021-ci il, 12 oktyabr tarixində tərtib edilən gömrük bəyannaməsi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) təsadufi seçmə üsulu ilə təyin etdiyi gömruk əməkdaşı tərəfindən araşdırılıb. Bir gün sonra gömrük bəyannaməsinin tərtibində yol verilən səhvlərin aradan qaldırılması üçün bəyannaməçiyə göndərilib. Ancaq bəyannaməçi bir necə gün həmin səhvləri aradan qaldıraraq gömrük bəyannaməsinin geri göndərilməsini təmin etməyib.
Üstəlik araşdırma zamanı gömrük bəyannaməsinin 31 və 43-cü qrafalarının düzgün doldurulmadığı, malların gömrük dəyərinin azaldıldığı, nəqliyyat xərclərinin nəzərə alınmadığı müəyyən edilib və bu barədə bəyannaməçiyə məlumat verilib.
Belə ki, malların dəyəri eyni ölkədən idxal edilən analoji malların dəyərindən kəskin fərqləndiyindən rəsmiləşdirilmə prosesində eynicinsli malların invoys və gömrük dəyəri əsas götürülür. Buna görə də malların gömrük dəyərinin yenidən araşdırılması zərurəti yaranıb və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi məqsədilə ekspertə müraciət olunub. Əmtəəşünaslıq ekspertizasının nəticəsinə əsasən tərtib olunmuş rəy gömrük orqanlarının haqlı olduğunu təsdiqləyib.
Sahibkarsa Dövlət Gömrük Komitəssinin yaydığı açıqlamanı ağ yalan adlandırıb:
"Mən onların özlərinə də hər şeyi sübut etdim və mənimlə razılaşdılar, ancaq sonradan yenə də yalandolu məlumatlar yayıblar”.
Ramil Aslanov Prezidentə müraciət edib. O, ölkə başçısından Bakı Baş Gömrük İdarəsində baş verənləri nəzarətə götürməsini, sahibkarlara qarşı təzyiqləri aradan qaldırılmasını istəyib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Korrupsiya
İcra başçısının köməkçisi saxlanılıb
-
Manşet, Korrupsiya
Tələt Əliyev axtarışa verildi
-
Manşet, Korrupsiya
Baş Prokurorluğun rəhbərliyi Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi
-
Manşet, Korrupsiya
GENERAL NİZAMİ MƏMMƏDOVA 80 MİLYONLUQ İTTİHAM! – Barəsində həbs qətimkan tədbiri seçildi
-
Manşet, Korrupsiya
Nizaməddin Quliyevin üzərindən həbs götürülən əmlaklarının - Siyahısı
-
Manşet, Korrupsiya
Müdafiə Nazirliyinin eyni idarəsinin 2 rəisi həbs edildi
-
Manşet, Korrupsiya
Daha bir yüksək rütbəli hərbçi həbs edildi
-
Manşet, Korrupsiya, Məhkəmə
Həbsdəki iş adamına aid əmtəə nişanı AZAL prezidentinin xanımına necə verilib?
-
Manşet, Korrupsiya
DTX Müdafiə Nazirliyinin bir neçə vəzifəli şəxsini həbs edib