Sahibkar ''Azərsu'' prezidentinin qohumu ilə bağlı prezidentdən kömək istəyir - VİDEO

Sahibkar ''Azərsu'' prezidentinin qohumu ilə bağlı prezidentdən kömək istəyir - VİDEO

Sahibkar məmur qohumun başına gətirdiyi fırıldaqla bağlı ölkə başçısına video müraciət edib. Biznes fəaliyyəti ilə məşğul olan Səlim Dadaşovun Criminal.az-a da göndərdiyi müraciətinində bildirir ki, Ziya Bunyadov prospektində yerləşən mağazasından özünü ''Azərsu''nun prezidenti Qorxmaz Hüseynovun bacısı oğlu kimi təqdim edən Anar Nəzərəliyevin fırıldağına məruz qalıb. 

A.Nəzərəliyev Qurban bayramı ərəfəsində Nizami rayonu ərazisində kanalizasiya xətlərini təcili dəyişdirəcəyini və bu yolla da deputatlığa namizədliyini verəcək Q.Hüseynova səs toplayacağını əsas gətirərək ondan 13.700 manatlıq mal götürüb. O vaxtdan isə malın pulunu verməkdən yayınır. Sahibkar polisə və digər qurumlara müraciətinə baxmayaraq, probleminin həll edilmədiyindən şikayətlənir. 

S.Dadaşov video müraciətində Q.Hüseynova xitabən bildirir ki, A.Nəzərəliyev onun adından istifadə edirsə, demək ki icazəsini də özü verib. Sahibkarın fikirləri ilə videomüraciətdə tanış ola bilərsiniz.  

Yada salaq ki, bir neçə gün əvvəl Criminal.az saytı olaraq ''Azərsu''nun prezidenti Qorxmaz Hüseynovun qohumu, Nərimanov Rayonu Su Kanal Departamentinin keçmiş rəisi Anar Nəzərəliyevi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tutulması barədə xəbər vermişdik. Həmin vaxt "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Criminal.az-a bildirdi ki, hazırda Nərimanov Rayonu Su Kanal Departamentində Anar Nəzərəliyev adında şəxs işləmir. Düzdür, o, vaxtilə bu vəzifədə çalışıb, amma bir neçə il əvvəl vəzifəsindən azad edilib.

A.Nəzərəliyev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə təqsirləndiriləndirilsə də, sahibkarın videomüraciətdən sonra məlum olur ki, o artıq azadlıqdadır.  Çətinliklə olsa da A.Nzəzərəlevlə danışa bildik.  

 A.Nəzəzrəliyev Criminal.az-a açıqlamasında S.Dadaşovdan mal götürdüyünü etiraf etsə də, onun dedikləri yalan adlandırdı: ''Həmin adam yalan deyir. Seçkidə turba istifadə edirlər. Ondan 50 minlik mal götürüb ödəmişəm, son pulu ödəməmişəm. Seçki ilə nə işim var. Məni polisə də verib. Bir neçə ildi Azərsu ilə əlaqəm yoxdur. Mənimlə qanlı-bıçaqdılar. Müsəlman pislikdən başqa heç nə bacarmır. Mənim tarixçəmi bilmirisiz. 10 ildən artıq rəhbər işdə işləmişəm. Sonra şantajla işimi itirdim. O vaxtdan Azərsu ilə münasibətim yoxdur. Bir qadının şərinə düşdüm. Kimsə yəqin bu işi qızılşdırır. Burda kiminsə adın hallandırmaq düz deyil. Adımı niyə Qorxmazla bağlayırlar. Hamının qohumu var, əqrabası var. Heç kim tək deyil ki…  Mən iki ildi Azərsu sistemində işləmirəm, yollarım ayrılıb. Amma məni hansısa səhvimə görə, Qorxmaz Hüseynovun adı ilə bağlamaq düz deyil. Onun bacısı oğlunun adı Anar deyil, Əlidir''. 

A.Nəzərəliyev sonda Xətai rayon Polis İdarəsinin 34-cü bölməei tərəfindən saxlanılmasını təkzib etdi. Məlumat üçün bildirək ki, A.Nəzərəliyevin həbs edilməsi xəbərini Bakı Şəhər Baş Polis İdarəsi yaymışdı. 

Criminal.az


Xəbər lenti