Sahib Rüstəmli sərbəst buraxılıb

Sahib Rüstəmli sərbəst buraxılıb
Загрузка...
 Sabirabadda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü Sahib Rüstəmli saxlanılıb. AXCP-dən bildiriblər ki, S.Rüstəmlini iyulun 3-də hər hansı açıqlama vermədən evindən aparıblar.
AXCP S.Rüstəmlinin saxlanılmasını partiya üzvlərinə qarşı repressiyanın davamı kimi qiymətləndirir. Sabirabad polisindən şərh almaq mümkün olmayıb. Bundan öncə iyunun 28-də Bakıda xeyriyyə marafonu zamanı AXCP sədri Əli Kərimli saxlanılmışdı. Bir neçə saat sonra sərbəst buraxılmışdı.  
++++++
Sahib Rüstəmli saxlandıqdan iki saat sonra polisdən buraxılıb. Bu barədə o, Facebook səhifəsində yazıb. "Dostlar, polisə aparılmağıma görə narahat olan hər kəsə təşəkkürümü bildirirəm. Görüş "qarşılıqlı anlaşma" şəraitində keçdi. Artıq evdəyəm", - o yazıb.
Загрузка...
Загрузка...

Xəbər lenti