Sabirabadda ağır qəza - Bacı-qardaş öldü

Sabirabadda ağır qəza - Bacı-qardaş öldü
Загрузка...
Sabirabadda ölümlə nəticələn yol qəzası baş verib. APA xəbər verir ki, qəza rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb. 1995-ci il təvəllüdlü Usubov Vüqar Qismət oğlunun idarə etdiyi "BMW” markalı avtomobil yoldan çıxaraq aşıb.
Sürücü və onun bacısı Sabirabad rayonu Nərimankənd kənd sakini, 1997-ci il təvəllüdlü Usubova Nuridə Qismət qızı ölüblər. Onların qardaşı 2003-cü il təvəllüdlü Usubov Əmirağa Qismət oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti