Sabiq nazirin qardaşının həbsi təsdiqləndi

Sabiq nazirin qardaşının həbsi təsdiqləndi
Загрузка...
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun həbs edilməsi ilə bağlı xəbər təsdiqini tapdı. Bu gün "report”un yaydığı xəbərdə bildirilir ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə açıqlanacaq.
Məlumata görə, Ə.Əhmədov iki nəfər şəxsin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirib. Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb
Загрузка...
Загрузка...

Xəbər lenti