Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

2013-cü ilin bu günlərində mətbuatda həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan Yunis Abbasovun 2 milyon dollarlıq malikanəsi müzakirə mövzusu idi. Bir neçə gün əvvəl mövzu yenidən gündəmə gəlib. Məlum olur ki, ötən müddət ərizində Abbasovların Londondakı mülklərinin sayı da, qiyməti də artıb. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır.
6 il əvvəl Azərbaycan mətbuatında "Azərbaycanlı nazir oğlunun Londonda 2 milyonluq mülkü aşkarlandı” başlıqlı yazı dərc olundu. Xəbər Britaniyadakı səhih qaynaqlara əsaslanır və müvafiq fotoşəkillərlə müşayiət olunurdu. Məlumatda deyilirdi ki, Yunis Abbasov hələ 2006-cı il, sentyabrın 1-də Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli iki mərtəbədən ibarət böyük və lüks bir malikanə alıb. Nazir oğlu bu mülk üçün hələ o zaman 1,4 milyon funt-sterlinq (2 milyon dollar) ödəyib, indi isə onun dəyəri daha yüksəkdir.
"Qafqazinfo" "Yeni-Müsavat"a istinadən xəbər verir ki, Abbasovların mal-mülkü haqda son məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
- 2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı? Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.
1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu il noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı "19 Edinburgh Drive, Staines-Upon-Thames, England” olaraq göstərilir.
Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.
Keçmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.
Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.
Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda "Aston House Cornwall Avenue”də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.
KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.
Yunis Abbasov 2013-cü ildə Londonda 2 milyonluq mənzili üzə çıxanda mətbuatdan qaçmamışdı. Demişdi ki, həmin mənzili 2006-cı ildə alıblar. Əlavə etmişdi ki, ailəsinin hələ 1991-ci ildən Londonda evi olub. Yunis Abbasov həmin mənzilin alınmasında bacısının sağlamlıq problemlərinin rol aldığını açıqlamışdı. Demişdi ki, Londonda ev almalarını bacısının xəstəliyi və əməliyyatına görə ailəsinin tez-tez Böyük Britaniyaya getməsi ilə əlaqəlidir: "O zaman Azərbaycanda bacımın müalicəsi mümkün deyildi və bacım Londonda həkimlərin nəzarətində saxlanılırdı. Atam həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olmuşdu və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı”.
Yunis Abbasov mənzilin alınmasının Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirildiyini də demişdi. Sitat: "2006-cı ildə alınan mənzilin puluna gəlincə, o 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 ildə toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı”.
Maraqlıdır ki, Yunis Abbasov bu dəfə əmlak siyahısı yayılandan sonra susmağa üstünlük verib...
Xəbər lenti
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
-
01:12Yevda Abramov vəfat etdi
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
12:35Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
12:24Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...
-
12:22Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
00:23Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
17:07Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
-
17:05Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
17:03“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
17:01AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
17:00Bakıda sürücü ambulansa yol vermədi
-
16:58Yeni parlament seçkilərinin vaxtı bilindi
-
16:56Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
16:54“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
16:49Hərbi qulluqçumuz vəfat etdi
-
16:48“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”
-
16:46“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”
-
16:35Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
16:21Deputat oğlunun həbs müddəti uzadıldı
-
11:43Mədət Quliyev generalı özünə müşavir təyin etdi
-
15:30Prezident deputatı icra başçısı təyin etdi
-
15:24Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
14:49Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
14:45Saatlıda qatarla minik avtomobili toqquşub - ÖLƏNLƏR VAR
-
14:29Milli Məclisin buraxılmasına razılıq verildi
-
14:2717 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
-
13:55BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
12:16Milli Məclisin taleyini həll edən iclas başladı
-
12:09Ehsan Zahidov: "O, tutulduğu andaca tərətdiyi cinayəti tam səmimi etiraf etmişdisə..."
-
11:55Kassirin başını qatıb pulu apardılar
-
19:04"Bəzi məmurların obrazı üzərindən dövlət vurulur"
-
18:56Uşaq oyuncaqlarının içindən narkotik çıxdı
-
18:30Arif Rəhimzadə Əli Həsənovu müdafiə etdi
-
18:17Nazir idarə rəisini işdən çıxardı
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
Korrupsiya
Şagirdlərin təqaüd kartlarını yığan direktor tutuldu
-
Manşet, Korrupsiya
Nazirlə spikerin müəmmalı tender oyunu
-
Korrupsiya
"Alınan təyyarənin qiyməti 1 illik elm büdcəsindən 3 dəfə çoxdur"
-
Korrupsiya
YAP-çı deputatın Ukraynada mal-qara biznesi üzə çıxdı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Azərbaycan təhsilinə rəhbərlik edənlərin biznesi üzə çıxıb
-
Korrupsiya
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
-
Korrupsiya
Azərbaycanda şirkət rəhbəri həbs edildi
-
Manşet, Foto, Korrupsiya
Kəmaləddin Heydərovun biznesi ilə bağlı yeni məlumat: 2 böyük layihəni dayandırdı