Sabiq nazir müavininin gəlininin uşaq bağçasında kütləvi zəhərlənmə - 8 uşaq

Sabiq nazir müavininin gəlininin uşaq bağçasında kütləvi zəhərlənmə - 8 uşaq
Загрузка...

Sumqayıt şəhərində yerləşən uşaq bağçasında kütləvi zəhərlənmə olub. Valideynlərin Criminal.az saytına verdiyi məlumata görə, 51 saylı “Buratino” uşaq bağçasında təhsil alan 8 uşaq qidadan zəhərlənib.

Valideynklərin sözlərinə görə, zəhərlənən uşaqlar Yusif Həsənov, Mirzəxan Novruzbəyov, Bəyaz Mehdizadə, Hüsnübanu Novruzlu, Zəhra Bədirli, Aysun və Nazimdir. Uşaqlar ötən həftənin sonu bağçadan evə gələndən sonra səhhətləri pisləşib və qusmağa başlayıblar. Dərhal xəstəxanaya müraciət ediblər. Daha sonra valideynlər bağçaya gedərək ərzaq anbarına baxmağı tələb ediblər. Lakin bağçanın direktoru Sevinc İsgəndərova onları qovub. Əlacsız qalan valideynlər Sumqayıt şəhər İcra Hakimiyyətinə üz tutublar.

Məsələ ilə bağlı direktor S.İsgəndərova Criminal.az-a açıqlamasında bildirdi ki, xəstəlnmiş uşaqlar qidadan zəhərlənməyib. Onlarda hazırda geniş yayılmış bağırsaq infeksiyasına yoluxublar.

Direktorun sözlərinə görə, xəstəxanada uşaqlara mənşəyi bilinməyən bağırsaq infeksiyası diaqnozu qoyulub.

Valideynlərin bağçadan qovulmasına gəlincə, S.İsgəndərova bildirdi ki, elə bir hal olmayıb: ''Valideynlər anbara baxmağı tələb edirdilər. Anbarı açıb göstərdim. Bununla da kifayətlənmədilər, ona görə də, bağçada qapalı olan ərzaq anbarına onların buraxılmasının düzgün olmadığını dedim. Uşaqlar beşinci gün evə buraxılıblar, amma xəstəxanaya bazar günü müraciət ediblər. Bağçada qidadan hansısa zəhərlənmənin olması mümkün deyil''. 

Onu da əlavə edək ki, direktor S.İsgəndərova Sumqayıtda məhşur biznesmen, təhsil nazirinin sabiq müavini İsgəndər İsgəndərovun gəlinidir. İsgəndərovlar Sumqayıtda Qərbi Azərbaycan qruplaşmasının ağsaqqalıları kimi tanınır. İ.İsgəndərovun qardaşı isə Sumqayıtda ''Univermaq Zaman'' kimi məhşurdur.  

Criminal.az

Xəbər lenti