Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək

27 Oktyabr 2020, 13:27
27 Oktyabr
2020
13:27
602
Adına maaş yazılan 27 nəfər bu iş üzrə zərərçəkmiş qismində tanınıb
Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun adı hallanan yarım milyonluq mənimsəmə işi ilə bağlı məhkəmə istintaqı davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işini araşdıran hakimlər kollegiyası sabiq nazirin özünü də dindirmək qərarı verib. Çünki təqsirləndirilən şəxs kimi mühakimə olunan keçmiş baş mühasib İlqar Hacıyev adı olub, özü olmayan işçilərin adlarına maaş yazılması və kartlardan çıxarılması məsələsindən nazirin də xəbərdar olduğunu iddia edir.
İ.Hacıyev təqsirləndirilən şəxs kimi, məhkəmə qarşısında tək deyil.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin keçmiş rəhbəri Əkbər Həsənov və bu departamentin əməkdaşları Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev də onunla birlikdə mühakimə olunur. Amma İ.Hacıyevdən fərqli olaraq, onlar həbsdə deyil. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Əslində, işçi olmayan şəxslərin adına maaş kartlarından 451 min manat çıxarılıb mənimsənildiyi iddia olunur.
Adına maaş yazılan 27 nəfər bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlar məhkəmədə dindirilirlər. Onlar ifadələrində ziyan çəkmədiklərini, özlərini zərərçəkmiş hesab etmədiklərini deyiblər.
İ.Hacıyev məhkəmədə bildirib ki, zərərçəkmiş qismində tanınan şəxslərin və şahidlərin çoxunu tanımır. Amma qərəzli şəkildə istintaqda həmin şəxslərdən onun əleyhinə ifadələr alınıb.
Şahid Cəmilə Muxtarova da məhkəmədə dindirilərkən təqsirləndirilən şəxsləri tanımadığını söyləyib: "Məni Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırdılar. Dedilər ki, adına pul köçürülüb. Heç bir yerdə də işləməmişəm. Adıma pul köçürülüməsindən xəbərim olmayıb. Heç kimdən də pul almamışam”.
Təqsirləndirilən şəxslərdən Orxan Qasımovun tələbə yoldaşı Əli Bağırov da məhkəmədə şahid qismində didirilib. O bildirib ki, Milli Hidrometeorologiya Departamentində təcrübə keçib. Onun istintaqdakı ifadəsində yazılıb ki, adına ayrılan pul mənimsənilib. Məhkəmədə isə bildirib ki, belə ifadə verməyib, müstəntiq özü yazıb.
Təqsirləndirilən Orxan Qasımovun vəkili müstəntiq barədə tədbir görülməsini istəyib.
İ.Hacıyev də onu dəstəkləyib: "Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.
Təqsirləndirilən İ.Hacıyevin vəkili Ramil Məmmədzadə müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, dəymiş zərər tam ödənildiyi üçün müdafiə etdiyi şəxs azadlığa buraxıla bilər.
Hakim isə deyib ki, təqsirləndirilən şəxs zərəri ödədiyi üçün ev dustaqlığına buraxıla bilməz.
Vəkil xatırladıb ki, hələ məhkəmənin hazırlıq iclasında onun ev dustaqlığına buraxılmamasına əsas kimi, ziyanın tam ödənilməməsini göstərmişdi. Bu cinayət işinin ictimaiyyətin diqqət mərkəzində olduğunu, keçmiş nazirin adının hallandığını deyən vəkil vurğulayıb ki, 5 nəfər təqsirləndirilən şəxsdən yalnız İ.Hacıyevin həbsdə saxlanması maraqlıdır: "Niyə ancaq o, həbsdə olmalıdır? Niyə departamentin rəhbəri olmuş Əkbər Həsənov ev dustaqlığında ola bilər, məhkəməyə evdən gəlib-gedə bilər, İlqar Hacıyev yox?”
Hakim məhkəmənin hazırlıq iclasında ziyanın ödənilməsilə bağlı belə fikir səsləndirmədiyini desə də, vəkil razılaşmayıb.
Müdafiəçi bildirib ki, həmin iclasın videogörüntüləri, səs yazıları ortaya qoyularsa, dediyinin həqiqət olduğu sübuta yetirilər.
"Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsinə istinad edərək, ev dustaqlığıyla bağlı vəsatətimizi təmin etmir. Amma həmin maddədəki əsasların heç biri İlqar Hacıyevə şamil olunmur. Məsələn, İlqar Hacıyev istintaqdan qaçıb gizlənə bilməz, şahid və zərərçəkənlərə təzyiq etmək imkanı yoxdur. Çünki şahidlər elə məhkəmədə onun xeyrinə ifadə verir. Həmçinin İlqar Hacıyevin istintaqın gedişatına təzyiq göstərmək imkanı da yoxdur. Məhkəmə ancaq qərəzli ola bilər ki, ev dustaqlığına buraxılma ilə bağlı vəsatəti təmin etməsin”, - deyə vəkil bildirib.
Bu iş üzrə məhkəmə prosesi davam edir.
İ.Hacıyev məhkəmədə bildirib ki, hər ay həmin maaş kartlarının hesabına Milli Hidrometeorologiya Departamenti nazirə 10 min manat pul verirdi. Onun sözlərinə görə. H.Bağırov nazir vəzifəsindən çıxarılmamışdan az əvvəl – 2018-ci ilin fevralında Əkbər Həsənovu çağırıb, 265 min manat pul istəyib. O da gəlib baş mühasibə deyib ki, bu pul tapılıb verilməlidir: "2 faizlə sələm götürüb verdik. Bir neçə ay sonra naziri çıxardılar, o pul bizim boynumuzda qaldı. Əkbər Həsənovun göstərişilə saxta maaş kartlarının sayı artırıldı, çıxarılan pul da ora getdi. Bu işlərin üstü açılandan sonra Əkbər Həsənovla Qərb Universitetinə Hüseynqulu Bağırovun qəbuluna getdik. Bizi qəbul etmədi. Köməkçisinə dedik ki, pulu ödəməsə, məsələni ictimailəşdirəcəyik. Bundan sonra vəkili vasitəsilə 300 min manatı verdi. Əkbər Həsənovun ziyandan ödədiyi 300 min həmin puldur".
Qalan 151 min manatı da bir müddət əvvəl İ.Hacıyevin qohumları ödəyib.
Sabiq nazir isə köməkçisi vasitəsilə açıqlama yayaraq, ünvanına səslənən bu ittihamların əsassız olduğunu, heç kimdən pul almadığını bildirib.
Xəbər lenti
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Məhkəmə
Mübariz Mənsimovun məhkəməsi başladı
-
Manşet, Məhkəmə
Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
Manşet, Məhkəmə
“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
Məhkəmə
Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
Məhkəmə
“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
Məhkəmə
AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
Məhkəmə
Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
Sənəd, Məhkəmə
Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
Manşet, Foto, Məhkəmə
Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?