Sabiq millət vəkili həbsxanada ölən "Gəncə məhbusu" haqda yazdı

Sabiq millət vəkili həbsxanada ölən
Загрузка...
Sabiq millət vəkili Nazim Bəydəmirli ağır xəstəlikdən əziyyət çəkən Aydın Qurbanovun azadlığa buraxılmadan həbsdə ölməsini qınayıb. Criminal.az xəbər verir ki, N.Bəydəmirli bu haqda fikirlərini "facebook" profilində paylaşıb: "Aydın Qurbanov adlı Gəncə sakini "Gəncə hadisələri" adlı cinayət işi çərçivəsində kütləvi həbslərdə tutulubmuş... Ciddi xəstə olsa da istintaq altında saxlanılıb və həkim nəzarəti olmadığına görə vəfat edib. Hüquq müdafiəçiləri tərəfindən çoxsaylı müraciətlər olsa da, humanistlik nümayiş etdirilib azadlığa buraxılmaması onun "şərlənərək tutulması" ehtimalını gücləndirir.. Qınayıram!".
Xatırladaq ki, Qurbanov ötən il iyulun 28-də həbs olunub. O, Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilirdi.
Загрузка...
Загрузка...

Xəbər lenti