Sabiq komitə sədrinin qardaşından İlham Əliyevə sensasion müraciət: "Bütün uşaqların xoşbəxtliyi və gələcəyi sizi maraqlandırmalıdır" Sabiq komitə sədrinin qardaşından İlham Əliyevə sensasion müraciət:

Sabiq komitə sədrinin qardaşından İlham Əliyevə sensasion müraciət:
Загрузка...
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov ölkə başçısı İlham Əliyevə videomüraciət edib. Criminal.az xəvər verir ki, bir müddət əvvəl həbs olunan, sonradan ev dustaqlığına buraxılan S.İbrahimov prezident İlham Əliyevdən pullarının geri qaytarılmasını istəyir.
O müraciətində deyir: 2018-ci ildə prezidentin əmri ilə əmlakıma dəyən ziyanın ödənilməsinə dair söz verilib. Lakin 11 ildən artıq vaxt keçsə də, o söz tutulmayıb. Demisiniz ki, sözümüzün imzamız qədər qüvvəsi və dəyəri vardır. Çox istərdik sözünüzün imzanız qədər dəyəri olsun. 100-lərlə məktub yazmışam. Bu pul sizin üçün böyük pul deyil. Amma mənim üçün böyük fəlakətdən qurtulmaq üçün yetərli puldur. Müraciətinə baxmışam, deyirsiz ki, biz övladlarımızı xoşbəxt etməliyik, gələcəyini qurmalıyıq. Çox şükür sizin övladlarınız xoşbəxtdir, gələcəyidə təmin olunub. Bu dövlətdə bütün uşaqlar sizin uşaqlardır, bu uşaqların hamısının xoşbəxtliyi və gələcəyi sizi maraqlandırmalıdır. Biz sevinirik ki, sizin uşaqlar xoşbəxtdir. Sözünüzün qüvvəsi və dəyəri var. Qüvvəsini görürəm, dəyərini də hiss etmək istəyirəm. 
Ümid edirəm mənə olan pulu ödənəcək, ölkədən çıxışıma qadağa götürülsə, uşaqlarımı da götürüb bu ölkədən gedərəm. Burda yaşamaq mümkün deyil. 
Xatırladaq ki, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Загрузка...
Загрузка...

Xəbər lenti