Saatlının icra başçısı işdən çıxarıldı

Saatlının icra başçısı işdən çıxarıldı
Загрузка...
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev mayın 16-da imzaladığı sərəncamla Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov vəzifəsindən azad olunub.
Bir il əvvəl Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Nazim İsmayılov 1952-ci ildə Göyçay rayonunda doğulub. Nazim İsmayılov 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. O, əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb. Nazim İsmayılov 1989-1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, sonrakı illərdə Xalq Deputatları Sovetinin sədr müavini olub.
Yeni Azərbaycan Partiyasının üzvü olan Nazim İsmayılov 2001-ci ildən bugünə qədər Göyçay, Şamaxı, Sabirabad rayonlarının icra hakimiyyətinin başçısı vəzifələrini daşıyıb.
2012-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xəbər lenti