'Saatlının başçısını Sabirabada göndərməyi də islahat adlandırırlar…'

'Saatlının başçısını Sabirabada göndərməyi də islahat adlandırırlar…'
Загрузка...
"Hakimiyyət real islahat niyyətindən uzaqdır"
Ovqat.com saytında «İlyas İsmayılov yeni təyinatları şərh etdi: Daha əzazil diktatorlar daha tez məhvə məhkumdurlar!» sərlövhəli yazı oxumaq olar. Müəllif ölkədə son kadr dəyişiklikləri ilə bağlı keçmiş baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovla söhbətləşib.
Yazıda qeyd edildiyinə görə İ.İsmayılov istər Daxili İşlər Nazirliyində, istərsə də Dövlət Təhlükəsizlik Xidmətində birinci şəxslərin əvəz olunmasına müsbət yanaşır və belə bir arzusunu ifadə edir: «Könül istərdi ki, istər Vilayət Eyvazov ( Daxili işlər naziri), istərsə də Əli Nağıyev ( Dövlət Təhlükəsizlik Xidmətinin sədri) cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun,..., rejimə deyil, ancaq və ancaq qanunun tələblərinə qulluq etsin».
İ.İsmayılovun fikrincə, bu təyinatların iki səbəbi var: «Biri yaşlanmış bir kadrı daha dinamik şəxslə əvəz etmək idi ki, bunu DİN-dəki dəyişikliyə şamil etmək olar. Digəri dövlətin təhlükəsizliyini daha peşəkar insanlara tapşırmaq idi...».
Dəyişikliklərin kadr islahatı adlandırılmasına gəlincə, İ.İsmayılov bunları söyləyib: «Bəzən Saatlının icra başçısını 11 km aralıda yerləşən Sabirabada, Sabirabadın icra başçısını isə Saatlıya göndərməyi belə, az qala kadr islahatı kimi təqdim edirlər».
İ.İsmayılova görə, bu, vəzifə dəyişikliyidir. Onun fikrincə, Azərbaycan hakimiyyəti hələ də real islahat aparmaq niyyətindən uzaqdır və bəzi deklarativ tədbirlərlə manipulyasiya edir.
Загрузка...
Загрузка...

Xəbər lenti