Röya qəzaya düşdü, xəsarət aldı Röya qəzaya düşdü, xəsarət aldı

Röya qəzaya düşdü, xəsarət aldı
Загрузка...

Əməkdar artist Röya Ayxan avtomobil qəzasına düşüb.
 
BakuPost.az xəbər verir ki,sənətçi təcili tibbi yardım maşını ilə Bakıda özəl klinikalardan birinə yerləşdirilib. 
  
Klinikadan verilən xəbərə görə, o, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib.

İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.
 
Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.

***

Müğənninin köməkçisi Vüsal Rzayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Röya Ayxan artıq xəstəxanadan evinə buraxılıb:

"Qəza nəticəsində qolunda əzilmə olub. Həkim müayinə etdi. Bir neçə dəqiqə öncə evə yola salındı. Hər şey qaydasındadır”.

***

Aparıcı Hacı Nuran Röyaya baş çəkib. O, İnstaqram hesabında sənətçi ilə oğlunun da yer aldığı fotonu paylaşaraq "Narahat olmayın. Hər şey yaxşıdır” deyə bildirib.


Загрузка...
Загрузка...

Xəbər lenti