Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi

Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi
Загрузка...
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılara məxsus məşhur şadlıq sarayı söküldü. Həmin ölkədə yaşayan həmvətənlərimizin Criminal.az saytına verdiyi məlumata görə, məşhur "Namanqan" şadlıq sarayının sökülməsinə dünən gecə saatlarında başlanıb.
İlk olaraq şadlıq sarayına maskalı OMON-çular və ağır texnika yeridilib, içəridəki insanlar çıxarılıb, sonra isə söküntüyə başlayıblar. 
Bildirilir ki, obyektin sökülməsinə etiraz edən azərbaycanlılar bunun qarşısını almaq üçün qəribə addım atıblar. Onlar avtomobillərini sarayın qarşısında ard-arda saxlayaraq dəmir dəfəslə bir-birinə bağlayıblar və bu yolla sökülməsinə mane olmağa çalışıblar. Lakin əraziyə yeridilmiş ağır texnika vasitəsilə həmin qəfəs qoparılaraq sökülüb. Hətta obyekt sökülərkən restoranı qorumaq istəyən azərbaycanlılar uzun müddət oranı tərk etməyiblər. 
"Namanqan" restoranı bir neçə il əvvəl özbək iş adamından məşhur "qanuni oğru" Rövşən Lənkəranskiyə yaxın adamlar tərəfindən alınıb. Lənkəranski qətlə yetiriləndən sonra isə həmin obyekt lənkəranlılar tərəfindən idarə olunurdu. Elə o vaxtdan azərbaycanlıların ən çox üz tutduğu istirahət ocağı olub. 








Загрузка...
Загрузка...

Xəbər lenti