Rövşən Lənkəranskinin dostu həbs edildi Rövşən Lənkəranskinin dostu həbs edildi

Rövşən Lənkəranskinin dostu həbs edildi
Загрузка...
Rövşən Lənkəranskinin ən yaxın silahdaşlarından biri olan ''qanuni oğru'' Hacı Beyləqanski (Talıbxanlı) həbs olunub. Criminal.az xəbər verir ki, Beyləqanski Rusiyanın paytaxtı Moskva şəhərindəki ''Belıy dom'' restoranında saxlanılıb. 
Hacı Beyləqanskinin hansı şəraitdə və səbəbdən tutulaması məlum olmasa da, üz nahiyəsində xəsarətlər var, ağzı qan içərisindədir. 
Hacı Beylaqanski mərhum Rövşən Lənkəranskinin ən yaxın dostarından biri olub. R.Lənkəranski İstanbulda qətlə yetiriləndən sonra o da saxlanılmışdı, sonradan sərbəst buraxıldı. Bir neçə ay əvvəl Lənkəranskinin qardaşı Namiq Canıyevlə birlikdə tutulmuşdu. ''Lotu Quli''yə sui-qəsd hazırlığında günahlandırılırdı. Türkiyə məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. 
Criminal.az bildirir ki, Lotu Qulinin də hazırda Sankt Peterburqda olması ehtimal olunur.  

Xəbər lenti