“Rövşən Lənkəranski”nin bandası müttəhimlər kürsüsündə

30 May 2019, 12:14
30 May
2019
12:14
3288
İyunun 5-də Rusiyanın Nijniy Tagil şəhəri, Lenin rayon məhkəməsi tərəfindən mərhum "qanuni oğru” "Rövşən Lənkəranski”nin dəstəsinin üzvlərinə hökm oxunacaq.
Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Müttəhimlər kürsüsündə 12 nəfər əyləşib, cinayət işi 40 cilddən ibarətdir. İttihamlar təsdiqini taparsa, təqsirləndirilən şəxslər 7 ildən 12 ilədək azadlıqdan məhrum oluna bilərlər.
Mütəşəkkil cinayətkar dəstənin üzvlərindən biri – Telman Vəliyevin müdafiəçisi Marina Konopelko dörd illik araşdırmadan sonra nəhayət ki, sözügedən cinayət işinə nöqtə qoyulacağını deyib.
Qeyd edək ki, 12 nəfərdən yalnız dörd nəfəri - Telman Vəliyev, İsa Abilov, Mixail Allahverənov, Nemət Abduləliyev dəmir barmaqlıqlar arxasına göndərilib. Yerdə qalanlar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Banda üzvləri quldurluqda, hədə-qorxu yoluyla pul tələb etmədə, iş adamlarından zorakılıqla pul qoparmaqda, qanunsuz silah gəzdirməkdə, sağlamlığa xəsarət yetirməkdə və s. bu kimi ağır cinayətlərdə ittiham olunurlar.

Cinayət işinin istintaqını Sverdlovsk vilayəti üzrə Daxili İşlər İdarəsinin istintaq bölməsi aparıb.
İttihama görə, əsasən azərbaycanlılardan ibarət dəstə üzvlərinin əksəriyyəti idmançılardır. Qruplaşma üzvləri 2015-2016-cı illərdə Telman Vəliyevin başçılığı altında müxtəlif cinayətlər törədiblər. Həbs olunduğu günə-2016-cı ilin avqustun 4-dək T.Vəliyev dəstəyə birbaşa rəhbərliyi özü edib. İlkin əməliyyat istintaq tədbirləri zamanı banda üzvlərindən yalnız altı nəfər - Vəliyev, Abbasov, Muradov, Vidaka, Hacıyev və İlkin Abilov saxlanılıb.
Cinayətkar dəstənin digər üzvləri – Allahverənov və Abduləliyev ötən ilin mayında həbs olunublar.
Rusiya mətbuatının yazdığına görə, "Vəliyevin bandası” 18 avqust 2016-cı ildə Türkiyədə güllələnərək qətlə yetirilən kriminal avtoritet "Rövşən Lənkəranski”nin nəzarəti altında olub. Hesab edilirdi ki, Lənkəranski Orta Ural da daxil olmaqla azərbaycanlıların bir qismi arasında böyük nüfuza malik idi və həmvətənlərindən "töycü” toplayırdı.
T.Vəliyevin müdafiəçisi Marina Konopelkonun sözlərinə görə, nə ibtidai istintaq zamanı, nə də məhkəmə proseslərində kriminal avtoritetlərlə, xüsusilə də mərhum "qanuni oğru” "Rövşən Lənkəranski” ilə əlaqələri barədə təqsirləndirilənlərə heç bir sual verilməyib: "2016-cı ilin avqust ayının əvvəllərində mətbuatda Nijniy Tagil şəhərində Lənkəranskiyə məxsus etnik cinayətkar qruplaşmanın üzvlərinin saxlanılması ilə bağlı xəbərlər yayıldı. Lakin yarım il ərzində aparılan istintaq araşdırmaları zamanı dəstə üzvlərinin Rövşən Canıyevlə heç bir bağlılığı, əlaqəsi üzə çıxmadı”.

Vəkil iddia edir ki, Vitaliy Neyvirt və Eldar Ağayev adlı şəxslərin polisə şikayətindən sonra dəstə üzvləri hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Zərərçəkmişlər şikayətlərində onlardan hədə-qorxu ilə pul tələb edildiyini bildiriblər: "Həmin vaxt "Nijniy Tagil dəstəsi” haqda söhbət belə getmirdi”.
Müdafiəçinin dediklərindən belə məlum olur ki, hadisələr 2016-cı ildə Xıdır Hacıyevin (təqsirləndirilən şəxslərdən biri-red.)
Vitaliy Neyvirt və Eldar Ağayevlə "iş birliyi”ndən sonra cərəyan edib. Belə ki, daşınmaz əmlakın, mənzillərin alqı-satqısı ilə məşğul olan dostlar öz aralarında Hacıyevə "atmaq” qərarına gəliblər. Çox keçməyib ki, Vitaliy Neyvirt elə dələduzluğa görə də həbs olunub. Aldadılan X.Hacıyev isə öz növbəsində Eldar Ağayevi yaxından tanıyan tanışı Vəliyevə müraciət edib. Söhbət kriminal aləmin üzvlərinə qədər gedib çıxıb. Nəhayət, V.Neyvrit və E.Ağayev Vəliyev və Abilovun təzyiqi ilə borc müqaviləsi imzalayıblar. Bundan iki həftə sonra isə Neyvirt Yekatirinburqa gələrək ondan hədə-qorxu ilə pul tələb edilməsi barədə polisə şikayət ərizəsi yazıb. Təxminən bir aydan sonra isə eyni məzmunlu şikayəti E.Ağayev də polisə ünvanlayıb.
"Altı aylıq istintaq araşdırmasından sonra həbs olunanlardan əksəriyyəti ev dustaqlığına buraxılır. Cinayətkar qruplaşmanın mövcudluğu barədə yeni dəlil təqdim edilmir. Amma az sonra istintaq tərəfindən fəallıq başlanır və ittihamın həcmi böyüyür. Göstərmək istəyirlər ki, dəstə yenə də mövcuddur. Vəliyevə isə Rusiya Cinayət Məcəlləsinin 13 maddəsi ilə ittiham irəli sürülür. Cinayət işinin ətrafında beləcə süni ajiotaj yaradırlar”-deyə vəkil əlavə edib.

Cinayət işindəki epizodlar əsasən Abilov qardaşlarının uşaq evlərindəki şagirdlərlə bağlı olan hissəsidir. İttihama görə, qardaşlar mütəmadi olaraq onlara hədə-qorxu gələrək zorla pullarını əllərindən alıblar.
"Cinayət işi üzrə zərərçəkmiş kimi tanınan, uşaq evində böyüyən Artemev Abilovları yaxından tanıyıb. Məhəllədə futbol oynayıblar, tez-tez zəngləşib görüşüblər. Amma istintaqın versiyasına görə, Abilov ondan dəfələrlə zorla pul alıb. Söhbət bir mİlyon rubldan gedir.
Artemev özü məhkəmədə etiraf edib, deyib ki, Abilovlarla bağlı polisə şikayət etmək niyyəti olmayıb. Onu polis bölməsinə zorla gətiriblər və şikayət ərizəsi yazmağa məcbur ediblər. Daha sonra isə polislər onu Nijniy Tagildəki mehmanxanalardan birinə apararaq bir ay orada saxlayıblar. Telefonunu əlindən alıblar. Artemev mehmanxanada köməkçi kimi çalışıb. Bir neçə dəfə qaçmağa cəhd edib, amma polislər onu geri qaytarıblar”- vəkil qeyd edib.

Vəliyevə həmçinin dəstə üzvləri Oksana Menşova və Əhməd Gəlməsovla birlikdə stomotoloq Uluqbəy Nəzərovun oğurlanması, döyülməsi ilə bağlı ittiham irəli sürülüb. Sonradan təqsirləndirilən şəxsin sözügedən cinayət işi ilə əlaqəsi olmadığına görə həmin epizod ittihamdan çıxarılıb.
Vəkil bildirib ki, hazırda məhkəmədə bir neçə epizod üzrə araşdırma aparılır. Hər bir cinayətə görə isə 7 il həbs cəzası nəzərdə tutulur:
"Məhkəmənin gedişatında etnik cinayətkar qruplaşma haqqında "mif” tamamilə dağılmağa başladı. Lakin prokurorluq orqanı təqsirləndirilənlərə 7 ildən 23 ilə qədər cəza istədi. Nəyə görə? Nə üçün? Hüquq-mühafizə orqanları yəqin ki ictimaiyyətə Vəliyevin və Abilovun cinayətlərini açdığını, həqiqətən mətbuatın yazdığı kimi onların Rövşən Lənkəranskiyə bağlı olduğunu göstərməyə çalışır. Amma gerçəkdən də belə bir əlaqənin mövcudluğu olmayıb, yaranmış vəziyyət bu cürdür”.
Nijniy Tagil şəhərinin Lenin rayon prokurorluğu hökm elan olunduqdan sonra cinayət işinin təfərrüatlarını şərh etməyə söz veriblər.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Oğru dünyası
Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
Manşet, Foto, Oğru dünyası
“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
Manşet, Foto, Oğru dünyası
Lotu Quli qətlə yetirilərkən yanında olan azərbaycanlı kriminal avtoritet də öldürüldü
-
Manşet, Foto, Oğru dünyası
Ülfət Tağıyev qayıtdı, Moskva qanqsterlərinə başçılıq edir - ONU ŞƏHƏRDƏ KORTEJİN MÜŞAİYƏTİ İLƏ GEDƏN GÖRÜBLƏR...
-
Manşet, Foto, Oğru dünyası
Tanınmış xanım müğənnilərin qətlə yetirilən "qanuni oğru” ilə hansı əlaqələri varmış?
-
Manşet, Foto, Oğru dünyası
Qarabağa muzdlu dəstələr göndərən Avidzbanın həbsi - Qardaşı “Lotu Quli”nin düşməni olub
-
Manşet, Foto, Oğru dünyası
“Lotu Quli”nin qətlinin sifarişçisi açıqlandı - SÜRÜCÜ “XAN”I ARADAN GÖTÜRMƏK İSTƏYİRMİŞ...
-
Manşet, Foto, Oğru dünyası
Lotu Qulinin qardaşı haqda “proqon” yayıldı
-
Manşet, Foto, Oğru dünyası
Lotu Qulini öldürən Xan bu hala salındı