Rövnəq Abdullayevin keçmiş müavini Bakıdakı mənzillərini etiraf edib - Bir binada 7 mənzil

Rövnəq Abdullayevin keçmiş müavini Bakıdakı mənzillərini etiraf edib - Bir binada 7 mənzil
Загрузка...
Bir neçə ay öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov özü də bilmədən Bakıdakı mülklərinin siyahısını açıqlayıb. Criminal.az saytına daxil olan məlumata görə, R.Qurbanov 2018-ci ildə şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət edib.
Məhkəmə bildirişində R.Qurbanovun Bakının mərkəzində bir binada 7 mənzilinin olduğu üzə çıxıb. Məhkəmə sənədindən məlum olub ki, R.Qurbanovun Səbail rayonu, Azərbaycan prospekti ev 14 saylı binadakı 35, 36, 37, 38, 39, 40, 41 saylı mənzillərin sahibidir. 
Ümid edirik ki, dəyəri yüzminlərlə manat olan mənzillərin R.Qurbanov tərəfindən necə əldə edilməsi hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayacaq.

Xəbər lenti