Rövnəq Abdullayevin dayısı oğlu Türkiyədə özünü öldürdü - Socarda satış meneceri idi

Rövnəq Abdullayevin dayısı oğlu Türkiyədə özünü öldürdü - Socarda satış meneceri idi
Nihad Əliyev özəl xəstəxanada ölüb
Azərbaycan vətəndaşı Nihad Əliyev martın 25-də gecə saat 23 radələrində İstanbulun Beşiktaş hissəsində qaldığı oteldə özünə qəsd edib. Türkiyənin "ahaber” saytı yazır ki, o, "Glock” markalı odlu silahla baş nahiyəsindən atəş açaraq, özünü güllələyib.
Hadisə zamanı Nihad Əliyevin yanında üç qadının olduğu, olaydan sonra onların ifadələrinin alınması üçün prokurorluğa aparıldığı bildirilir. Nihad Əliyevə öncə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra özəl xəstəxanalardan birinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Türkiyə mediası Nihad Əliyevin iş adamı olduğunu, oteldə ondan əlavə, altı nəfər tanışının da qaldığını yazır.
Nihad Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. O, SOCAR-ın satış meneceri vəzifəsində işləyib.
Məlumatda bildirilir ki, "Global Witness” təşkilatının SOCAR-la bağlı araşdırmasında adı hallanan Anar Əliyev də Nihad Əliyevin qardaşıdır.
Təşkilatın araşdırmasından məlum olmuşdu ki, Anar Əliyevə məxsus şirkətlər Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon dollar mənfəət götürüb.

Xəbər lenti