Rövnəq Abdullayev jurnalisti prokurorluğa çağırtdırdı Rövnəq Abdullayev jurnalisti prokurorluğa çağırtdırdı

Rövnəq Abdullayev jurnalisti prokurorluğa çağırtdırdı
Загрузка...
Criminal.az saytının rəhbəri Anar Məmmədov mayın 15-də Bakı şəhər Prokurorluğuna dəvət edilib. Jurnalistlə prokuroluğun İstintaq idarəsinin rəisi Rəşad Mansurov iki saatadək söhbət apardıqdan sonra azad buraxılıb.
"Dünən bir ilə yaxın prokurorluqda saxlanılan "macbook"umun qaytarılacağı üçün Bakı şəhər Prokurorluğina dəvət edildiyim deyilsə də, səbəb başqa idi – SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti). Mən SOCAR haqda yazılar verdiyumə görə bundan öncə də Bakı Şəhər Prokurorluğuna çağırılmışdım. Rəşad Mansurovla söhbətim zamanı, o, belə yazıları dayandırmağımı tövsiyə etdi. Niyə, hansı səbəbdən SOCAR haqqında məqalələr yaydığımı söruşdu. Heç bir məqsədimin olmadığını dedim. SOCAR-dan criminal.az saytına haker hücumlarını dayandırmasını Rəşad müəllimdən xahiş etdim. Bundan başqa SOCAR-ın məni maddi şirnikləndirmə yolu ilə ələ almaq niyyətini Mansurovun diqqətinə çatdırdım. Bütün söhbətimizin əsası "SOCAR-dan yazma" idi,” jurnalist facebook səhifəsində yazıb.
 
Criminal.az saytında dərc olunmuş məqalə
O yazır ki, İstintaq idarəsinin rəisi Rəşad Mansurov "macbook"un barəmdəki məhkəmə qərarı qüvvəyə minməmişdən qabaq mənə qaytarılması üçün rəhbərliyə ərizə yazmağımı məsləhət gördü. Ərizəmi yazdım və prokurorluqdan çıxdım.
"Qeyd edim ki, Mansurovdan dəfələrlə SOCAR-la bağlı hər hansı şikayətin olub-olmaması sualıma cavab ala bilmədim. Nəticə budur ki, SOCAR haqqında yazılarıma görə qeyri-rəsmi olaraq şəhər prokurorluğuna çağırılıram və şifahi də olsa xəbərdarlıq alıram,” jurnalist yazır. 
Criminal.az saytı son günlər meydan.tv saytında və sosial şəbkələrdə dərc edilən "SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər", "Əhmədzadə qardaşlarının "SOCAR Trading”dəki özəl biznesi", "Rövnəq Abdullayevin oğlunun Türkiyədəki varidatı: Şirkətlər, otellər, restoranlar, əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi...” , "Mübariz Mənsimovun gəmiləri Hacı Məmmədovun oğurlayıb qulağını kəsdiyi şəxsə verilibmiş”, "Londonda 6 milyon funt sterlinqə mənzili kim alıb? - O, milyonluq at minir...” və digər araşdırma yazılarını dərc edib.
"Rəşad Mansurovla söhbətim zamanı, o, belə yazıları dayandırmağımı tövsiyə etdi. Niyə, hansı səbəbdən SOCAR haqqında məqalələr yaydığımı söruşdu. Heç bir məqsədimin olmadığını dedim"
Anar Məmmədov, jurnalist 2019-cu il martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi criminal.az saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti cəza verib.
Hökmə əsasən, Anar Məmmədov Gəncə şəhərinin icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayev aralarında yaranana insident barədə yazılara görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz. Jurnalist özünü təqsirli bilmir. Məhkəmənin hökmündən apellyasiya şikayəti verib..
2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb. Bundan sonra prokurorluq bastainfo.com, criminal.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib. Həmin saytlara Azərbaycan ərazisində hazırda birbaşa giriş mümkün deyil.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər