Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü

Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
Ukraynada ərazi özünümüdafiə dəstələri Nikolayev vilayətinin Baştanka yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusunun "Pantsir” zenit kompleksini və daha bir neçə texnikasını qənimət götürüblər.
Yayılmış videokadrlardan görünür ki, Rusiya ordusunun kalonu tərk edilmiş haldadır, "Pantsir” kompleksi ilə yanaşı rabitə avtomobili və daha bir neçə texnika salamat halda yolda qalıb. Ukraynalı döyüşçülər rus əsgərlərinin texnikanı atıb qaçdıqlarını deyir... "
Pantsir" zenit kompleksinin dəyəri 15 milyon dollardır. Bundan əvvəl də ukraynalı kəndlilər "Pantsir" texnikasını ələ keçirmişdilər və onun nə işə yaradığını anlamadıqlarından od vurub yandırmışdılar. 

Xəbər lenti