Rusiyalı oliqarx Britaniyadakı malikanəsində asılmış halda tapıldı Rusiyalı oliqarx Britaniyadakı malikanəsində asılmış halda tapıldı

Rusiyalı oliqarx Britaniyadakı malikanəsində asılmış halda tapıldı
Ukraynada dünyaya gələn rusiyalı oliqarx Mixail Uotford Böyük Britaniyada dəbdəbəli malikanəsinin qarajında asılmış vəziyyətdə aşkar olunub. Bu barədə məlumatı "Daily Mail” yayıb.
Bildirilir ki, 66 yaşlı Mixail Uotfordun adı əvvəllər Mixail Tolstoşeya olub. O, sərvətini neft-qaz sahəsindən qazanıb. 2000-ci illərin əvvəlində Böyük Britaniyaya köçüb, vətəndaşlığını və adını dəyişib, daşınmaz əmlak sahəsi ilə məşğul olub. 

Ailə dostunun sözlərinə görə, Ukraynadakı vəziyyət onun mənəvi vəziyyətinə təsir edə bilərdi: "Onun ölüm vaxtı və Ukraynaya hücum sözsüz ki, təsadüfi deyil”. Mixailin digər bir dostu isə onun ölümünün suallar doğurduğunu bildirib.
O əlavə edib ki, Mixail arzusunda olduğu hər şeyə sahib olub və onun intihar etməsi mənasızdır. Bir çox KİV oliqarxın Londonun sanksiya tətbiq edilən rus oliqarxlarının siyahısını dərc etdikdən bir müddət sonra dünyasını dəyişdiyini, lakin Uotfordun adının siyahıda olmadığını yazır. Hazırda faktla bağlı araşdırma aparılmasına baxmayaraq, polis əməkdaşları Uotfordun ölümündə hər hansı şübhəli məqamın olmadığını hesab edirlər. 

Qeyd edək ki, Mixail Uotford Estoniyada tanış olduğu Ceyn ilə evli idi. Onların iki övladı var. Bununla yanaşı, Uotfordun ilk nikahından bir oğlu da var.

Xəbər lenti