Rusiyalı müxalif Navalnı komaya düşüb

20 Avqust 2020, 20:22
20 Avqust
2020
20:22
1043
"Güman edirik ki, Aleksey çayına qarışdırılan bir şeylə zəhərlənib”
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı zəhərləndiyi üçün cümə axşamı Sibirin xəstəxanasına yerləşdirilib,- "Reuters” xəbər verir.
Onun koma vəziyyətində olduğunu bildirən siyasətçinin mətbuat katibi Kira Yarmış Navalnının halının bir fincan çay içdikdən sonra pisləşdiyini qeyd edib.
Prezident Vladimir Putinin sərt tənqidçisi olan Navalnı çərşənbə günü səhər təyyarə ilə Tomskdan Moskvaya qayıdarkən özünü pis hiss etməyə başlayıb. Bu səbəbdən Omskda təyyarə təcili eniş enib.
Mətbuat katibinin "Novaya qazeta”ya dediyinə görə, Navalnıya diaqnozu həkimlər qoyub. "Yəqin ki onu zəhərləyiblər”, – Yarmış əlavə edib.
Mətbuat katibi daha sonra siyasətçinin Omsk xəstəxanasında özünə gəlməsi barədə məlumatı təkzib edib və ”Novaya qazeta”ya xəbər verib ki, Navalnı reanimasiyadadır və özünə gəlmir. O öz tvitterində yazıb ki, Navalnını süni ağciyər ventilyasiya aparatına qoşublar, xəstəxanaya polis çağırıblar.
"Güman edirik ki, Aleksey çayına qarışdırılan bir şeylə zəhərlənib. Bu, onun səhər içdiyi yeganə şey olub. Aleks indi huşsuz vəziyyətdədir”,- o deyib.
"Həkimlər onun vəziyyəti ilə bağlı ziddiyyətli məlumat verirlər”, - "Reuters” bildirib.
Tibb işçiləri siyasətçinin vəziyyətinin sabitləşdiyini desələr də, onun həyatı təhlükəsinin keçmədiyini və onu xilas etmək üçün çalışdıqlarını qeyd ediblər.
Siyasətçiyə əvvəllər də sui-qəsdlər olub. Belə ki, ötən il iyulun 27-də baş tutmuş mitinqdə, – məqsəd müstəqil deputatların Moskva şəhər Dumasına seçkilərə buraxılması idi, – vətəndaşları aksiyaya çağırdığına görə 30 sutka həbs cəzası alan Navalnını iyulun 28-də xüsusi təcridxanadan "kəskin allergik reaksiya” diaqnozu ilə Moskva klinik xəstəxanasına hospitallaşdırıblar.
Onun dediyinə görə, üzü, boynu, qulaqları "yanmağa” başlayıb.
"Üzü möhkəm şişib və dərisi bərk qızarıb. Allergik reaksiyanın mənbəyi müəyyənləşdirilməyib. Aleksey əvvəllər həyatı boyu heç vaxt nəyəsə allergik reaksiya verməyib”, – həmin vaxt mətbuat katibi söyləyib.
Bununla yanaşı, Navalnının oftalmoloq həkimi və "Həkimlərin həmkarlar ittifaqı”nın rəhbəri Anastasiya Vasilyeva həkimlərin eləcə də allergiyanın səbəbini müəyyənləşdirmədiyindən şikayətlənib.
Navalnı ertəsi gün xəstəxanadan qayıtdıqdan sonra onu təkrar təcridxanaya göndəriblər. Rəhbərlik həmin vaxt Vasilyevanı müxalifətçinin yanına buraxmayıb. Navalnı daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinə zəhərlənmə haqda ərizə verib.
Kremlin düşmənlərinin zəhərləməsinin uzun tarixi var.
2006-cı ildə "polonyum-210” ilə zəhərlənmiş çayı içdikdən sonra Aleksander Litvinenko Londondan vəfat etmişdi. 2018-ci ildə İngiltərənin Salisbury şəhərində sinir maddəsi ilə zəhərlənmiş keçmiş agent Sergey Skripal öldürülmüşdü.
Kreml dəfələrlə bu və digər hadisələrə qarışmağı rədd edərək, onları anti-Rusiya təxribatları adlandırıb.
Yarmış Navalnının kimin zəhərlədiyi barədə heç bir şey söyləməyib.
Regional Səhiyyə Nazirliyinin sözçüsü Tatyana Şakirova Navalnının Omsk şəhərində xəstəxanaya yerləşdirildiyini təsdiqləyib və onun vəziyyətinin ağır olması haqda məlumatlandırıldıqlarını vurğulayıb.
"Həkimlər onun vəziyyətini stabilləşdirmək üçün əllərindən gələni edirlər”,- o deyib: "Zəhərlənmə nəzərdən keçirilən bir neçə versiyadan biridir. Səbəbin nə olduğunu söyləmək indi mümkün deyil”.
44 yaşlı vəkil və antikorrupsiya fəalı Navalnı anti-Kreml etirazlarını təşkil etdiyinə görə dəfələrlə həbs edilib və küçədə fiziki hücumlara məruz qalıb.
O, rəsmi korrupsiya halları ilə bağlı aparılan araşdırmalarda iştirak edib.
Rusiya gələn ay regional seçkilər keçirir və Navalnı və müttəfiqləri bölgələrdəki namizədlərinə dəstəyi artırmaq üçün çalışırlar.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Dünya
Navalnıya 30 sutka həbs cəzası verildi
-
Dünya
Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
Dünya
Ərdoğan “WhatsApp”dan imtina etdi
-
Foto, Dünya
Vaşinqtonda komendant saatı elan olundu, Pens Konqresdən çıxarıldı
-
Foto, Dünya
Trampın tərəfdarları Konqresin binasına girdilər
-
Cəmiyyət, Dünya
“Azərbaycanın bu haqlı davasında sonuna qədər yanındayıq...”
-
Foto, Dünya
Yerevanda etirazçılar yolu bağlayıblar
-
Dünya
Paşinyan Şuşa ilə bağlı bu detalları ilk dəfə xalqa etiraf etdi
-
Dünya
Makron “Qarabağ Azərbaycandır” deməyə məcbur oldu