Rusiyalı milyonçu Putini həbs edəcək zabitə 1 milyon vəd etdi

Rusiyalı milyonçu Putini həbs edəcək zabitə 1 milyon vəd etdi
Rusiyalı iş adamı, hazırda ABŞ-da yaşayan "Transparent Business”in baş direktoru Aleksandr Konanıxin Rusiya Prezidenti Vladimir Putinin başına pul mükafatı qoyub. Bu barədə o, feysbuk səhifəsində elan yerləşdirib. Bankir Putini həbs edəcək zabitə 1 milyon dollar verəcəyini vəd edib. O hətta Putinin qətlinə görə də mükafat ödəməyə hazır olduğunu bildirib:
"Mən öz konstitusion vəzifəsini yerinə yetirərək Putini Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq hərbi cinayətkar kimi həbs edəcək zabitlərə (zabitə) 1 milyon ABŞ dolları ödəyəcəyimə söz verirəm. Putin Rusiya prezidenti deyil. O hakimiyyətə xüsusi əməliyyatla Rusiyada çoxmənzilli binaların partladılması yolu ilə gəlib. Daha sonra azad seçkiləri ləğv etməklə və rəqiblərini öldürməklə Konstitusiyanı pozub. Bir etnik rus və Rusiya vətəndaşı kimi mən Rusiyanın denazifikasiyasına töhfə verməyi öz mənəvi borcum hesab edirəm. Mən Ukraynaya Putin ordusunun irəliləməsinə müqavimət göstərmək üçün apardığı qəhrəmancasına mübarizəsinə kömək etməyə davam edəcəyəm”, - deyə iş adamı bildirib.
Daha sonra feysbuk Konanıxinin bu paylaşımını silib. 


Xəbər lenti