Rusiyalı jurnalist İqor Malaşenko İspaniyada ölü tapılıb

Rusiyalı jurnalist İqor Malaşenko İspaniyada ölü tapılıb
Загрузка...
 Rusiyanın məşhur televiziya və çap media icraçı direktoru, jurnalist və siyasi analitik İqor Malaşenko İspaniyada ölü tapılıb, - Rusiya mətbuatı məlumat verir.
Malaşenko 1990-cı illərdə NTV televiziya şirkətinin həmtəsisçisi olub. O, həmçinin Rusiyanın dövlət televiziyası və radio nəhəngi Ostankinonun keçmiş rəhbəri idi. 1996-cı ildə Malaşenko Prezident Boris Yeltsinin seçki kampaniyasının baş məsləhətçisi olub.
Yeltsin kommunist rəqibi Gennadi Ziqanovu (Gennady Zyuganov) geridə qoyaraq özüylə bağlı mənfi fikir reytinqlətini və sağlıq problemlərini dəf edərək, ikinci dövr prezident seçkilərini müstəqil namizəd olaraq qazanmışdı.
Malaşenko "Media-Most" konglomeratını 1997-ci ildə təsis etmişdi. O, RTV televiziya kanalına rəhbərlik edib, jurnalist və televiziya aparıcısı Kseniya Sobçakın prezidentlik kampaniyasını aparıb.
O, 2018-ci ilin martında keçirilmiş və Prezident Vladimir Putinin qazandığı prezident seçkilərində təxminən 1,7 faizini toplamışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti