Rusiyalı jurnalist: “Ermənilər Xankəndini kütləvi tərk edir...” - KÜTLƏVİ QAÇIŞ

Rusiyalı jurnalist: “Ermənilər Xankəndini kütləvi tərk edir...”  - KÜTLƏVİ QAÇIŞ
Xankəndindən ermənilərin kütləvi şəkildə və kortəbii köçürülməsi baş verir. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiyanın "İzvestiya” qəzetinin Xankəndindəki reportyoru bildirir.
Onun sözlərinə görə, insanları kütləvi şəkildə Yerevana göndərirlər. "Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Yerevan hakimiyyəti təşkil edir. Avtobuslarla getmək mütləq deyil. Polis yolüstü Yerevaan gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlarına mindirib tamamilə pulsuz Yerevana aparırlar”,-rusiyalı jurnalist çatdırıb.

Xəbər lenti