Rusiyadan da Əhmədovun əleyhinə qərar - Arvadına yarım milyard ödəyəcək

Rusiyadan da Əhmədovun əleyhinə qərar - Arvadına yarım milyard ödəyəcək
Загрузка...
Moskva şəhər məhkəməsi milyarder Fərhad Əhmədovun London məhkəməsinin qərarı ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib. Bu barədə "Bloomberg” nəşri yazıb. Bununla da, iş adamı keçmiş həyat yoldaşına 585 milyon dollar ödəməli olacaq.
Moskva məhkəməsi eyni zamanda, milyarderin arvadı ilə hələ 16 il əvvəl Rusiyada boşanmasını sübut etmək cəhdlərini rədd edib. Məhkəmə qərarına əsasən, Əhmədov bununla bağlı yetərli və etibarlı sübutlar təqdim etməyib. Biznesmenin vəkili İrina Şeqlova bildirib ki, qərardan kassasiya şikayəti veriləcək.
Onun sözlərinə görə, Fərhad Əhmədov Ali Məhkəməyə qədər getmək niyyətindədir.
Загрузка...
Загрузка...

Xəbər lenti