Rusiyada “Roskosmos” rəhbərinin müşaviri olan jurnalisti dövlətə xəyanət ittihamı ilə tutdular

08 İyul 2020, 10:47
08 İyul
2020
10:47
1470
Rusiyada "Roskosmos” rəhbərinin informasiya siyasəti üzrə müşaviri, jurnalist İvan Safronov dövlətə xəyanət ittihamı ilə Federal Təhlükəizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub. Rusiya KİV-ləri xəbər verir ki, onu hərbi sirr mahiyyəti daşıyan məlumatı NATO ölkələrindən birinin xüsusi xidmət orqanlarına ötürməkdə ittiham edirlər.
Jurnalistin vəkili Yevgeni Smirnov jurnalistlərə bildirib ki, Safronovun barəsində qaldırılmış cinayət işi Çexiyanın xüsusi xidmət orqanlarına işləməklə bağlıdır. Safronovun müdafiəsi onun həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu qeyd edir.

Belə ki, FTX onu Rusiyanın Yaxın Şərq ölkələrinə və Afrikaya silah təchizatına dair informasiyaları Çexiyanın xüsusi xidmət orqanlarına ötürməkdə günahlandırır.
Moskvanın Lefortovo məhkəməsi Safronovun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Məlumata görə jurnalist ifadə verməkdən imtina edir. "Roskosmos”da təsdiq ediblər ki, Safronov dövlətə xəyanət ittihamı ilə həbs edilib, amma onun həbsinin korporasiyadakı fəaliyyəti ilə əlaqəsi yoxdur.

"Kommersant” təxmin edir ki, Safronovun həbsi onun Rusiyanın Misirə Su-35 qırıcılarını satmaq planları barədə 2019-cu ildə dərc edilmiş məqaləsi ilə əlaqəlidir. Həmin məqalədən sonra ABŞ dövlət katibi Mayk Pompeo Qahirəni sanksiyalarla hədələyib və Rusiyadan qırıcıları almaqdan imtina etməyə çağırıb.
"Moskovskiy Komsomolets” isə yazır ki, Safronovun həbsindən sonra prezident Vladimir Putin "Roskosmos”un rəhbəri Dmiri Roqozinlə planlaşdırılan görüşünü izahsız təxirə salıb. Lakin Putinin mətbuat katibi Dmitri Peskov bunun doğru olmadığını, prezidentin Roqozinlə görüşünün ümumiyyətlə planlaşdırılmadığını deyib.

İvan Safronov əvvəllər "Kommersant” və "Vedemosti” qəzetlərində işləyib, hərbi-sənaye kompleksinə aid mövzulardan, Rusiyanın müdafiə və təhlükəsizlik məsələlərindən yazıb. İ.Safronov eyni ad və soyadı daşıyan jurnalist, "Kommersant”ın keçmiş əməkdaşı İvan Safronovun oğludur. Onun atası 2007-ci ildə müəmmalı şəraitdə həlak olmuşdu. Həmkarları hesab edirdi ki, Safronovun ölümü onun üzərində işlədiyi araşdırma ilə əlaqəlidir. Həmin araşdırmada Rusiyanın Yaxın Şərq ölkələrindən birinə gizlicə silah satmaq planlarından bəhs edilməli idi və məqalənin dərci beynəlxalq qalmaqala səbəb olardı.
Xəbər lenti
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
17:36Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
16:45Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Foto, Dünya
Vaşinqtonda komendant saatı elan olundu, Pens Konqresdən çıxarıldı
-
Foto, Dünya
Trampın tərəfdarları Konqresin binasına girdilər
-
Foto, Dünya
Yerevanda etirazçılar yolu bağlayıblar
-
Foto, Dünya
Zöhrab Mnatsakanyan istefa verdi
-
Foto, Dünya
Vyananın mərkəzində silahlı hücum
-
Foto, Dünya
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - RUSİYA TƏYYARƏSİ SURİYAYA 450 ERMƏNİ MUZDLUSU APARDI
-
Foto, Dünya
Aclıq aksiyası keçirən vəkil Ebru Timtik 238 gün sonra həyatını itirib
-
Foto, Dünya
Rusiyada “Roskosmos” rəhbərinin müşaviri olan jurnalisti dövlətə xəyanət ittihamı ilə tutdular
-
Foto, Dünya
Əsədin 16 yaşlı qızına eşq elan edən əsgər yoxa çıxdı