Rusiyada icra başçısının maşını partladıldı Rusiyada icra başçısının maşını partladıldı

Rusiyada icra başçısının maşını partladıldı
Загрузка...
Rusiyanın Voronej əyalətinin Ramon rayonunun rəhbəri Nikolay Frolovun avtomobili partladılıb. "Qafqazinfo”nun "REN TV”yə istinadən verdiyi xəbərə görə, hadisə icra başçısı "Kia-Sorento” markalı avtomobilin qapısını açanda baş verib.
Nəticədə, 43 yaşlı Frolov ağır xəsarət alıb. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Hazırda hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyirlər.
İlkin məlumata görə, Frolova qarşı sui-qəsd cəhdi onun peşəkar fəaliyyəti ilə bağlı ola bilər. Faktla bağlı cinayət işi açılıb. 

Загрузка...
Загрузка...

Xəbər lenti