Qadının əl-ayağını bağlayıb başını kəsdilər - Samixda dəhşət

Qadının əl-ayağını bağlayıb başını kəsdilər - Samixda dəhşət

Samux rayon sakini, 62 yaşlı Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanmış meyiti tapılıb. Yanğınla bağlı FHN-in Samux Rayon Şöbəsinə müraciət edilib. Əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Əməliyyat zamanı FHN əməkdaşları evdə qadının başı kəsilmiş və əl-ayağı bağlı vəziyyətdə cəsədini aşkarlayıblar.

 İlkin ehtimala görə, qadın yaşadığı ünvanda öldürüldükdən sonra mənzil yandırılıb. L.İsmayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub. 

 Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin versiyalara görə, cinayət qarət məqsədilə törədilib. Hazırda hadisənin kim, yaxud kimlər tərəfindən törədildiyi araşdırılır. Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırırlar ("Kəpəz" TV).

Xəbər lenti