Rusiyada erməni iş adamına 9 il həbs cəzası verilə bilər

Rusiyada erməni iş adamına 9 il həbs cəzası verilə bilər
Загрузка...
Rusiyada 1 milyard rublluq (15 milyon 764 min 706 dollar) dələduzluqda ittiham edilən erməni əsilli iş adamı Oleq Mkrtçyan 9 il müddətinə azadlıqdan məhrum oluna bilər. Bunu KİV-ə istintaqa yaxın mənbə bildirib. O.Mkrtçyan hazırda Moskva Şəhər Məhkəməsində mühakimə olunur. Prosesdə dövlət ittihamçısı çıxış edərək erməni əsilli iş adamına 9 il həbs cəzası verilməsini istəyib.
"Report” xatırladır ki, O.Mkrtçyan əvvəllər Ukrayna Metalurgiya Şirkərinin Donbas Sənaye İttifaqının baş direktoru işləyib. O, 2018-ci ildə dələduzluğa görə tutulub. "Fokus” jurnalının reytinq cədvəlinə əsasən, O.Mkrtçyan 2012-ci ildə Ukraynanın 200 ən varlı vətəndaşları sırasında 14-cü yerdə qərarlaşıb. Onun var-dövləti 1,25 milyard dollar dəyərində qiymətləndirilir. O.Mkrtçyan Rusiya və Ukraynanın vətəndaşıdır.
O həm də Krasnodarın "Kuban" futbol klubunun keçmiş sahibidir.
Загрузка...
Загрузка...

Xəbər lenti