Rusiyada azərbaycanlıya 10 il həbs cəzası verildi

Rusiyada azərbaycanlıya 10 il həbs cəzası verildi
Загрузка...
30 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Tobolsk məhkəməsi tərəfindən 10 il müddətinə həbs edilib. Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, 2016-cı ilin aprelində Azərbaycan Respublikasının vətəndaşı oğurluq üstündə aldığı həbs cəzasını başa vurub və Tobolsk həbsxanasından azadlığa buraxılıb.
Azadlığa çıxdıqdan sonra o, Rusiyadan getməyib və qanunsuz formada Tobolskda yaşamağa davam edib. 2018-ci il iyunun 10-da kişi evlərdən birindən çıxan zaman polis tərəfindən saxlanılıb.
Onun həmin binadakı poçt qutularına heroin qoyduğu müəyyən edilib. Üzərinə baxış zamanı onun cibindən də heroin aşkarlanıb. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Загрузка...
Загрузка...

Xəbər lenti