Adı “Akula Akif”in şəriki kimi çəkilən şəxs danışdı

Adı “Akula Akif”in şəriki kimi çəkilən şəxs danışdı
Загрузка...

Vilayət Qələndərli: “Akif Mustafayevlə şərikliyim haqda deyilənlər yalan və böhtandır”

“Özümə də maraqldır ki, mənim həmin adamla tanışlığım olmaya-olmaya niyə bizi şərik kimi təqdim edirlər. Bunu edənlərin məqsədi nədir anlaya bilmirəm. Mən heç vaxt bina tikib satmamışam”.

Bu sözləri “Yeni Müsavat”a müraciət edən Vilayət Qələndərli deyib. Qeyd edək ki, ötən saylarımızdan birində “Akula Akif”in şəriki haqda şok bilgilər" sərlövhəli yazıda V.Qələndərlinin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevlə şərik olması haqda məlumat daxil olmuşdu. Məlumatda iddia edilirdi ki, V.Qələndərli A.Mustafayevlə münasibətlərindən istifadə edərək bacanağını və oğlunu işə düzəldib.

“Bacanağım illərlə həmin idarədə işləyib. Onun rəhbər təyin edilməsinə mənim və həmin o şəxsin hər hansı bir formada rolu yoxdur. Bu sadəcə kimlərinsə uydurmasıdır. Məlumatı verənlər əgər sübut etsələr ki, bizim həmin o, Akif Mustafayevlə hər hansı bir şərikliyimiz olub, mən hamıdan üzr istəyəcəyəm. Mənim Akif Mustafayevlə tanışlığım, şərikliyim haqda deyilənlər yalan və böhtandır. Mənim bir balaca yerim olub, orada kafe işlədirdim. İşlədə bilmədim, ona görə də söküb yerində özümə obyekt tikmişəm. Həmin obyektin tikintisində, sonradan işlədilməsində hər hansı bir şərikim olmayıb. Biz çörəyimizi təmiz qazanan, öz zəhmətimizlə qazanan insanlarıq. Xahiş edirik ki, barəmizdə yazılan doğru olmayan məlumatı təkzib edəsiniz” - deyə, o bildirib.

Yada salaq ki, A.Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub. “Akula Akif”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və əvvəlcədən quraşdırılan ittihamlarla həbs edirdi. “Akula Akif” hər belə “əməliyyat”dan sonra dövriyəyə girib həbs olunan şəxsin yaxınları ilə MTN-dəki qruplaşma arasında  vasitəçilik edib. Ona həbs olunan şəxsin yaxınlarından alınan milyonlardan pay veriblər. “Akula Akif” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün himayədarlıq edib və onların biznesinə 25-30 faiz payla şərik olub.

Criminal.az

Xəbər lenti