Rusiya sülhməramlıları Xankəndinə Bakıdan keçərək yollanıblar Rusiya sülhməramlıları Xankəndinə Bakıdan keçərək yollanıblar

Rusiya sülhməramlıları Xankəndinə Bakıdan keçərək yollanıblar
 Rusiya sülhməramlılarının bir hissəsi Azərbaycana qatarla gələrək Bakıdan Xankəndinə gediblər. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, noyabrın 28-də Rusiyadan Azərbaycana dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
"Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb," - Azərbaycan Müdafiə Nazirliyinin bazar günü yaydığı məlumatda deyilib. "Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb".
Azərbaycan Müdafiə Nazirliyi qeyd edib ki, "gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir".
Məlumatda eləcə də qeyd olunub ki, Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı işlər Azərbaycan və Rusiya arasında imzalanmış protokola əsasən həyata keçirilir. 




Xəbər lenti