Rusiya sülhməramlıları Xankəndidə səhra xəstəxanası qurublar Rusiya sülhməramlıları Xankəndidə səhra xəstəxanası qurublar

Rusiya sülhməramlıları Xankəndidə səhra xəstəxanası qurublar
Rusiyanın Xüsusi Qüvvələrin Tibbi Birliyi Xankəndidə (Stepanakert) səhra xəstəxanasına yerləşiblər. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hərbi xəstəxana çadırları Xankəndi şəhərinə yaxın aeroportun ərazisində yerləşdirilib. 

Məlumata görə, hazırda pnevmatik xəstəliklərin müalicəsində istifadə olunan avadanlıqların yerləşdirilməsi başa çatıb. Nazirlik bildirib ki, xüsusi təyinatlı tibb heyəti sülhməramlılar üçün tibbi dəstək verəcək və tanınmamış "Dağlıq Qarabağ" əhalisinə lazımi tibbi yardım göstərəcəklər. "Tibbi qrup tərkibində 40 nəfərə yaxın heyət üzvü yerləşdirməyə hazırdır",- Rusiya Müdafiə Nazirliyi bildirib. 

Ötən gün Qarabağa hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisilərinin birinci hissəsi gəlib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, Şərq Hərbi Dairənin xüsusi təyinatlı tibbi heyətinin tərkibində 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton yük tanınmamış "Dağlıq Qarabağ Respublikasına" köçürüləcək.  

Xəbər lenti