Rusiya qoşunları Melitopol şəhərini də tutub Rusiya qoşunları Melitopol şəhərini də tutub

Rusiya qoşunları Melitopol şəhərini də tutub
Rusiya ordusu Ukraynada Melitopol şəhərini də tutub. Bu gün səhər saatlarında Rusiya ordusunun hərbi texnika kalonu şimal istiqamətindən şəhərə daxil olub. Şəhərin mərkəzində Rusiya ordusunun üzərində "Z” işarəsi qoyulmuş çoxsaylı hərbi texnikası hərəkət edir, avtomatlardan atəş açılır. Şəhərin cənub çıxışında da ötən gün axşamdan etibarən Rusiya hərbi texnikası dayanıb.
Ukrayna mənbələri xəbər verir ki, Şimali-Krım su kanalına, Kaxov şəhərinə nəzarəti ələ keçirəndən və Hersona doğru istiqamət alandan sonra Rusiya ordusunun zərbə qruplaşmalarından biri Zaporojye istiqamətinə dönüb. Və ötən gecə Melitopol şəhərinə daxil olub. Bu şəhər strateji əhəmiyyətlidir, oradan başqa şəhərlərə gedən yollar keçir.
Bildirilir ki, Rusiya qoşunları şəhərdə Təhlükəsizlik İdarəsinin yerli binasında və digər dövlət obyektlərində "təmizləmə” həyata keçirir.

Xəbər lenti