Rusiya Müdafiə Nazirliyi: "Şuşa ətrafında üç kilometr yol minalardan təmizlənib" Rusiya Müdafiə Nazirliyi:

Rusiya Müdafiə Nazirliyi:
 Rusiya sülhməramlılarının mina axtaran qrupu Şuşa ətrafındakı avtomobil yolunun təxminən üç kilometrini təmizləyiblər. Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hərbiçilər "Dağlıq Qarabağdakı" sülhməramlıların nəzarətində olan ərazilərdə minaların və partlamamış hərbi sursatların təmizlənməsi həyata keçirirlər. Nazirlik bildirib ki, mina axtaranlar sülhməramlıların müşahidə məntəqələri arasındakı marşrutlarda, yaşayış məntəqələri və sosial infrastruktur obyektləri ərazilərində və ümumi yollarda axtarış işləri aparırlar. Məlumata görə, ötən gün ərzində 100-dən çox partlayıcı sursat xüsusi poliqonda məhv edilib.
"Ümumilikdə, sülhməramlılar tərəfindən 24 hektardan çox ərazi və 8 kilometrdən çox yol təmizləyib, 750-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib",- Rusiya Müdafiə Nazirliyi bəyan edib. Nazirlik bildirib ki, poliqona aparıla bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerində məhv edilib. 




Xəbər lenti