Rusiya “Gəncə işi” ilə əlaqədar daha bir nəfəri Azərbaycana ekstradisiya edib

Rusiya “Gəncə işi” ilə əlaqədar daha bir nəfəri Azərbaycana ekstradisiya edib
Загрузка...
 Gəncə hadisələrinə görə axtarışda olan Yusif Sadıqov uzun müddət Moskvada təcridxanada saxlandıqdan sonra Azərbaycana ekstradisiya edilib. Bu barədə yanvarın 22-də Turan-a onun yaxınları bildiriblər.
Onların sözlərinə görə, Y.Sadıqov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb. Mənbənin məlumatına görə, Y.Sadıqov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərov il telefon danışığının aşkar edildiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. Y.Sadıqovun yaxınları onun hər hansı cinayətə bağlı olmadığını bildirirlər. Y.Sadıqov son vaxtlar "Gəncə işi” ilə əlaqədar Rusiyadan Azərbaycana ekstradisiya edilən ikinci şəxsdir.
Bundan öncə "Gəncə işi” üzrə beynəlxalq axtarışda olan Müşviq Qurbanov Azərbaycana etap olunub. Bu barədə yanvarın 17-də Turan-a onun anası Anisa Qurbanova məlumat verib. Hüquq-mühafizə orqanları "Gəncə işi” üzrə keçən şəxslərin ekstradisiyası barədə məlumatları şərh etmirlər

Xəbər lenti