Rüfət Səfərovun işində sabiq prokurorun adı hallandı

Rüfət Səfərovun işində sabiq prokurorun adı hallandı

Bir müddət əvvəl həbsdən ev dustaqlığına buraxılan Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun istintaqında yeni şahidlər maraqlı faktlar açıqlayıb. Həmin şahidlərin ifadəsi Zərdab rayonunun sabiq prokuroru Süleyman Süleymanovun həbs məsələsini gündəmə gətirə bilər.

Criminal.az-a daxil olan məlumata görə, şahidlərdən biri Şamo adlı Zərdab rayon İcra başçısının Məlikli kəndi üzrə icra nümayəndəidir. O istintaq deyib ki, 2013-cü ilin mayında Rüfət Səfərova 800 manat rüşvət verib.

Digər şahid isə rayon Baytarlıq İdarəsinin rəisidir və o, sabiq prokuror Süleyman Süleymanovun adını hallandırıb. Deyib ki, 3 il yarım əvvəl S.Süleymanov ona R.Səfərova pul verməsi barədə göstəriş verib.

S.Süleymanov Criminal.az-a açıqlamasında bildirdi ki, bu haqda heç bir məlumatı yoxdur. Onun sözlərinə görə, baytarlıq idarəsinin rəisini nə vaxt gördüyünü xatırlamır, işdən çıxandan sonra isə heç bir əlaqəsi olmayıb: "Çox şey deyə bilərlər haqqımda. Bu barədə məlumatı müstəntiqdən ala bilərsiz".

S.Seleymanov Rüfət Səfərovun işi ilə bağlı dindirməsi barədə isə açıqlama vermək istəmədi.

R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur. S.Süleymanov isə R.Səfərovun qalmaqallı bəyanatından sonra Baş prokuror Zakir Qaralovun əmri ilə Zərdab rayon prokuroru vəzifəsindən azad edilib. 

Xatırladaq ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib və R.Səfərov ev dustaqlığına buraxılıb. R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Amma Rüfət Səfərov müsahibələr verdi və bununla onu susdura builməyəcəklərini bildirdi. Sonuncu müsahibəsində isə siyasətə qatılacağını bildirdi. 

Criminal.az

Xəbər lenti