Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - istintaq gedir, ifadəsi alınır

Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - istintaq gedir, ifadəsi alınır
Загрузка...

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədrinin ölkədən çıxışına niyə yasaq qoyulmasının səbəbi bilindi; sabiq məmur haqda istintaq başladığı rəsmən təsdiqləndi; o, tezliklə müstəntiqlərin suallarına cavab verməli olacaq... 

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının adı ətrafında başlamış qalmaqal artıq hüquqi müstəviyə yönəlməkdədir. Qeyd edək ki, ötən ilin sonundan onun Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

Rəsmi olaraq bu qadağanın səbəbi bilinmir. Ekspertlərə görə, sabiq dövlət məmurunun ölkədən çıxışına qadağa qoyulması müxtəlif səbəblərdən mümkündür. Burada banka, dövlətə borclu olmaqdan tutmuş, hansısa cinayət işində iştiraka qədər çoxsaylı səbəblər ola bilər. Amma daha çox o ehtimal edilirdi ki, R.Aslanlının çıxışına hansısa cinayət işinə görə qadağa qoyulub. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 15-də keçirdiyi mətbuat konfransında R.Aslanlı ilə bağlı suala sensasion hesab oluna biləcək cavab verib.

Musavat.com-un xəbərinə görə, mətbuat konfransında K.Əsədovdan son günlər mətbuatda R.Aslanlı ilə bağlı türk iş adamı tərəfindən ona ünvanlanan şikayət məktubu barədə soruşublar. K.Əliyev məsələ ilə bağlı geniş danışmaq istəməyib: "İcazə verin, mən Rüfət Aslanlı ilə bağlı suala cavab verməkdən yayınım. Çünki bu məsələ ilə bağlı araşdırma aparılır. Mən indi deyəcəyim sözlə gələcəkdə atılacaq addımı qarşılamış olaram. Hər hansı bir ifadəm istintaqa təsir edə bilər. Ona görə də araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

лфь4.jpg (71 KB)

K.Əliyevin dediklərindən çıxan iki mühüm nəticə var. Əvvəla, dolayısı ilə təsdiqlənir ki, R.Aslanlının ölkədən çıxışına yasaq qoyulub və bu, medianın da iddia etdiyi kimi, məhz istintaqla bağlıdır. K.Əliyevin açıqlamasından gəlinən daha bir mühüm qənaət isə sabiq məmur haqda istintaqın başlanmasıdır. Onun bu vaxta qədər ifadəsi alınmayıbsa, demək, o, tezliklə müstəntiqlərin suallarına cavab verməli olacaq. 

Yada salaq ki, R.Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə Türkiyənin "Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan müraciət edib. Müraciət müəllifi bildirib ki, 2012-ci ildə R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. ABŞ, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb. Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.

Ä°lgili resim

M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da, o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.

Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.

rüfət aslanlının ile ilgili görsel sonucu

Qeyd edək ki, müraciət əsasında ilkin dövr üçün araşdırma aparılmalı, konkret şəxs(lər)i məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır. Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanda nəticələrdən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq, yaxud da cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər.

Ehtimal etmək olar ki, R.Aslanlı təkcə türk iş adamının müraciəti əsasında istintaqa cəlb edilməyib, onun digər əməlləri də araşdırılır. Çünki  R.Aslanlının adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Korrupsiya yolu ilə sürətlə varlanan R.Aslanlı kralsayağı həyat tərzi keçirib və  gündəlik xərcləri on minlərlə manat təşkil edib. O cümlədən korrupsiya yolu ilə əldə etdiyi vəsaitlərdən Böyük Britaniyada daşınmaz əmlak alıb. Rüfət Aslanlı həmçinin Fransada şəxsi üzümlük sahələrinə malikdir və orada öz adını daşıyan şərab buraxır. Daha əvvəl KİV keçmiş məmura aid olan bahalı saat və avtomobil kolleksiyaları haqda da yazıb.

Загрузка...
Загрузка...

Xəbər lenti