Robert Koçaryan yenidən həbs edilib

Robert Koçaryan yenidən həbs edilib
Загрузка...
Apelyasiya Məhkəməsi prokurorluğun müraciətinə müsbət cavab verib "1 Mart işi" üzrə təqsirli bilinən Ermənistanın sabiq prezidenti Robert Koçaryan iyunun 25-də həbs edilib.
Bu qərarı Ermənistanın Apelyasiya Məhkəməsinin hakimi Armen Danielyan açıqlayıb. Bununla o, prokurorluğun və zərərçəkmiş tərəfin Yerevan məhkəməsinin Qarabağ liderlərinin şəxsi təminatı ilə azad edilməsi haqqında qərarından verdikləri şikayəti təmin edib. Prokurorluq birinci instansiya məhkəməsinin qərarını ləğv etməyi və Koçaryanı yenidən həbs etməyi xahiş edib.
Mayın 18-də Koçaryan həbsdən azad edilmişdi. 1998-2008-ci illərdə Ermənistan prezidenti olan R.Koçaryan 1 mart 2008-ci il tarixində hakimiyyəti qəsb etməkdə və konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Həmin vaxt onun əmri ilə ordu və polis etirazçıları dağıdıb, bu zaman 10 nümayişçini öldürüb.
Загрузка...
Загрузка...

Xəbər lenti