Robert Koçaryan həbsxanadan tibb mərkəzinə köçürülüb

Robert Koçaryan həbsxanadan tibb mərkəzinə köçürülüb
Загрузка...
 Ermənistanın sabiq prezidenti Robert Koçaryan "konstitusiya quruluşunu devirmək" ittihamı ilə həbs olunub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan çərşənbə axşamı günü səhər həbsxanadan "İzmirlyan" tibb mərkəzinə aparılıb, bu barədə Ermənistan Ədliyyə Nazirliyi cinayət-islah xidməti ictimai əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan məlumat verib. Daha əvvəl Robert Koçaryan "İzmirlyan" tibb mərkəzində iki dəfə müayinədən keçib.
Tibb mərkəzinin direktoru Armen Çarçyana istinadən Sputnik Armenia xəbər verir ki, hazırda Robert Koçaryan müayinə edilir, cərrahiyə əməliyyatı ediləcəyi ehtimal olunur.
Təqsirləndirilənlər klubu: postsovet liderlərinə qarşı cinayət işləri Ermənistanın ikinci prezidentinin nədən əziyyət çəkdiyi açıqlanmır. Daha əvvəl ikinci prezident ofisinin rəhbəri Viktor Soğomanyan Koçaryanın səhhətilə başlı ciddi problem olmadığı və tezliklə tam bərpa olunacağını bildirmişdi. Ermənistanın sabiq prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyaların dağıdılması ilə bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməkdə ittihamı olunur.
Загрузка...
Загрузка...

Xəbər lenti