Rəsmi: Koronavirusa yoluxmuş 3 vətəndaş sağalıb

Rəsmi: Koronavirusa yoluxmuş 3 vətəndaş sağalıb
Загрузка...
 Onlar evə buraxılıb
Martın 14-də Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Məlumatı Nazirlər Kabineti yanında operativ qərargah yayıb.
Bildirilib ki, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.
Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır. Azərbaycanda ilk koronavirus infeksiyası fevralın 28-də İrandan qayıdan bir nəfərdə aşkarlanmışdı.
Bir gün sonra daha iki nəfər koronavirus infeksiyası ilə qeydə alınaraq nəzarətə götürüldü. Elə həmin gün Azərbaycan İran İslam Respublikası ilə hava və quru sərhədlərini müvəqqəti qapatdı. Martın 2-də orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, martın 10-da Novruz Bayramı şənlikləri ləğv edilməsi elan edilib.
Martın 13-də Nazirlər Kabineti təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib.
Qərargah bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınıb.

Xəbər lenti