Rəşad Atakişiyevin nəşi tapıldı

Rəşad Atakişiyevin nəşi tapıldı
Загрузка...
İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. Bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib.
Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. Mərhumun sabah dəfn olunması planlaşdırılır.
R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.
***
Müdafiə Nazirliyi də polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqlarının tapılaraq dənizdən çıxarılması haqda rəsmi məlumat yayıb.
Qeyd edilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti